2016-05-10
Aktau şəhərinin 6 saylı məktəbində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının münasibətilə xüsusi dərs keçirilmişdir
Məlumat üçün bildiririk ki, 7 may 2016-cı il tarixində Aktau şəhərinin 6 saylı məktəbində fəaliyyət göstərən Azərbaycan dilinin, ədəbiyyatının və tarixinin tədrisi üzrə “Bazar günü məktəbi”ndə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93 illiyi münasibətilə xüsusi dərs keçirilmişdir. Dərsdə Baş konsulluğun vitse-konsulu Şəhriyar Cəfərov uşaqlara Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, onun müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində gördüyü əvəz olunmaz xidmətlərindən danışaraq, hər bir azərbaycanlının Ümummilli Liderin irsinin öyrənilməsinin vacibliyini qeyd etmişdir. 
Daha sonra, uşaqlar arasında şeir müsabiqəsi keçirilmiş, Ulu Öndərə həsr olunmuş şeirlər söylənilmişdir.







növbəti xəbər əvvəlki xəbər