2016-05-11
Xarici ölkələrin Azərbaycandakı hərbi attaşelərinin cəbhəboyu zonaya səfəri təşkil olunub

Xarici ölkələrin Azərbaycanda akkreditə olunan hərbi attaşelərinin mayın 11-də cəbhəboyu zonaya səfəri təşkil olunub.
Azərbaycan Respublikasının Müdafiə və Xarici İşlər nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən səfərdə 13 ölkədən 20-dən artıq hərbi attaşe iştirak edib.

Tərtər rayonunun Əskipara kəndinə gələn hərbi attaşelər mayın 10-da Ermənistan silahlı qüvvələrinin ağ fosfor mərmisi atdığı əraziyə baxış keçiriblər. Daşınması mümkün olmadığından mərmi mütəxəssislər tərəfindən partladılaraq məhv edilib.

Videonu bu linkdən istifadə edərək yükləyə bilərsiniz.



növbəti xəbər əvvəlki xəbər