2016-07-16
Xarici Işlər Naziri Elmar Məmmədyarovun Türkiyə Xarici İşlər Naziri Mevlüt Çavuşoğlu ilə telefon danışığı olub

Xarici İşlər Naziri Elmar Məmmədyarov Türkiyədə baş vermiş hadisələrlə əlaqədar türkiyəli həmkarı Mevlüt Çavuşoğlu ilə telefonla danışıb.

Elmar Məmmədyarov qardaş Türkiyədə yaşanan hadisələrin narahatlıqla izlənildiyiniyi diqqətə çatdırıb. O, Türkiyə xalqının demokratik yolla seçdiyi hökumətə qarşı bir qrupun etdiyi çevriliş cəhdini pisləyib və qəbuledilməz olduğunu vurğulayıb. Qardaş Türkiyə xalqının demokratik yolla seçilmiş hakimiyyəti dəstəklədiyini, hökumətlə həmrəy olaraq bu çevriliş cəhdinə qarşı qəti əzm nümayiş etdirdiyini bildirib. 

Nazir Elmar Məmmədyarov Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu bir daha bəyan edib.

növbəti xəbər əvvəlki xəbər