2016-12-20
Xarici işlər naziri Elmar Məmmədyarov həmkarı Serqey Lavrova başsağlığı məktubu göndərib
 

Xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiyasının Türkiyə Respublikasındakı səfiri Andrey Karlovun terror aktı nəticəsində öldürülməsi ilə əlaqədar həmkarı Serqey Lavrova başsağlığı məktubu göndərib.

Elmar Məmmədyarov məktubda dərin kədər və təəssüf hissi ilə səfir Andrey Karlovun terror aktı nəticəsində öldürülməsi xəbərini eşitdiyini qeyd edərək Serqey Lavrova dərin hüznlə başsağlığını ifadə edib.

Elmar Məmmədyarov məktubda həmçinin öz adından və Xarici İşlər Nazirliyinin kollektivi adından Andrey Karlovun ailəsinə və yaxınlarına başsağlığının çatdırılmasını xahiş edib.

növbəti xəbər əvvəlki xəbər