2017-02-23
Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş konsuluğunun mətbuat katibliyinin məlumatı
22 fevral 2017-ci il tarixində Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğu tərəfindən İKT Gənclər Forumunun sivilizasiyaların alyansı üzrə baş əlaqələndiricisi, Heydər Əliyev fondunun Rusiya nümayəndəliyinin sədri Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya Ədalət” kompaniyası çərçivəsində Atırau şəhərində Atırau Dövlət Kiçik İncəsənət Akademiyasında “Xocalıya Ədalət” kompaniyası çərçivəsində tədbir keçirilmişdir. 
Tədbirdə Atırau vilayətində yaşayan çox saylı soydaşlarımızla yanaşı vilayətin tanınmış ziyalıları, ictimaiyyət nümayəndələri, Aktau şəhərinin incəsənət və rəssamlıq məktəblərinin müəllim və tələbələri, vilayətdə fəaliyyət göstərən digər diasporaların rəhbərləri və üzvləri, KİV nümayəndələri iştirak etmişlər. 
Tədbirin əvvəlində qonaqlar, Baş konsulluq tərəfindən “Xocalıya Ədalət” kompaniyası çərçıvəsində Aktau şəhərində uşaq və yeniyetmə rəssamlar arasında “Biz ədalət tələb edirik!” mövzusunda keçirilmiş müsabiqədə iştirak etmiş rəsmlərin sərgisinə baxmışlar.
Tədbirin rəsmi açılış mərasimində Xocalı soyqırımının qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılmışdır.
Daha sonra Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunun rəhbəri Elxan Zeynalov çıxış edərək, ermənilərin Xocalı şəhərində törətdiyi soyqırım haqqında məlumat vermişdir. O, ermənilər tərəfindən törədilmiş cinayətin dünya ictimaiyyətinə çatdırılmasında son illərdə Azərbaycan dövləti və xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən aparılan işlərdən, İKT Gənclər Forumunun sivilizasiyaların alyansı üzrə baş əlaqələndiricisi, Heydər Əliyev fondunun Rusiya nümayəndəliyinin sədri Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya Ədalət” kompaniyasından danışmışdır. O, Baş konsulluq tərəfindən “Xocalıya Ədalət” kompaniyası çərçıvəsində Atırau şəhərində uşaq və yeniyetmə rəssamlar arasında “Biz ədalət tələb edirik!” mövzusunda keçirilmiş müsabiqə haqqında danışaraq, Baş konsulluğun həyata keçirdiyi layihəyə dəstək vermiş rəssamlıq məktəblərinə və yeniyetmə və gənc rəssamlara minnətdarlığını bildirmişdir. 
E.Zeynalov həmçinin Qazaxıstanın internet məkanında Baş konsulluq tərəfindən yaradılmış www.xocalı.kz saytında BMT, ATƏT və digər beynəlxalq təşkilatlara, dünyanın aparıcı dövlətlərinin rəhbərlərinə, parlamentlərinə müraciət yerləşdirildiyini bildirərək, tədbir iştirakçılarını bu müraciətə qoşulmağa çağırmışdır. 
Tədbirdə həmçinin, Atırau vilayətində yaşayan azərbaycanlıların “Novruz” milli mədəni cəmiyyətinin sədr müavini Abbas İmanov, Atırau Dövlət Kiçik İncəsənət Akademiyasının baş müəllimi, Qazaxıstanın tanınmış rəssamı Meyrbek Jaqıpaşev çıxış edərək, Xocalı faciəsi, həlak olmuş insanlar üçün üzüldüklərini bildirərək, “Biz ədalət tələb edirik! mövzusunda rəsm müsabiqəsinin keçirilməsi, gənc nəslin daha ədalətli ruhda böyüməsinə, terrora, müharibəyə qarşı, günahsız insanların ölümünə qarşı tərbiyələndirilməsinə dəstək verəcəyini bildirdilər. 
Çıxışlardan sonra Atırau Dövlət Kiçik İncəsənət Akademiyasının böyük zalında akademiyada təhsil alan çənc aktyorlar tərəfindən müharibələr, terror aktları nəticəsində həlak olan uşaqların xatirəsinə həsr olunmuş “Xeyr və şər” tamaşası nümayiş etdirildi. 
Tamaşadan sonra 10-22 fevral 2017-ci il tarixlərində Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğu tərəfindən “Xocalıya Ədalət” kompaniyası çərçivəsində Atirau şəhərində uşaq və yeniyetmə rəssamlar arasında “Biz ədalət tələb edirik!” mövzusunda keçirilmiş rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması oldu. 
Qeyd etmək istərdik ki, rəsm müsabiqəsində Atırau vilayətində fəaliyyət göstərən səkkiz rəsm və incəsənət məktəbindən 200-dən artıq şagird iştirak etmişdir. Atırau Dövlət İncəsənət Akademiyasının müəllimləri Meyrbek Jaqıpaşev və Miras Canqujiyev, həmçinin Baş konsulluğun rəhbəri Elxan Zeynalovun daxil olduğu münsiflər heyəti tərəfindən rəsmlər qiymətləndirilmişdir.
Müsabiqənin yekununa görə, 7-10, 11-14 və 15-17 yaşlı uşaqlar arasında I, II və III yerlərə və müsabiqənin qran-pri mükafatına layiq görülənlər müəyyənləşdirilmişdir. Bundan əlavə, Baş konsulluğun fəxri fərmanları ilə təltif olunacaq 25 nəfər yeniyetmə rəssam müəyyənləşdirilmişdir.
Təltifetmə mərasimində qaliblərə Baş konsulluğun fəxri fərmanları və Azərbaycan haqqında kitablar təqdim olundu.
Sonda tədbir iştirakçıları tərəfindən Atırau Dövlət Kiçik İncəsənət Akademiyasının önündə Xocalı soyqırımı qurbanlarının xatirəsinə “Biz ədalət tələb edirik” şüarları səsləndirərək səmaya qara şarlar buraxılmışdır
növbəti xəbər əvvəlki xəbər