2017-06-01
Aktauda Azərbaycan dövlətinin uşaqlara diqqət və qayğısından danışılıb
Azərbaycanın Aktaudakı baş konsulluğunda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbir keçirilib.

Baş konsulluqdan AZƏRTAC-a bildirilib ki, tədbirdə Aktau şəhərinin 6 saylı məktəbində fəaliyyət göstərən Azərbaycan dilinin, ədəbiyyatının və tarixinin tədrisi üzrə “Bazar günü məktəbi”nin şagirdləri, azərbaycanlı uşaqlar və onların valideynləri iştirak ediblər.

Baş konsulluğun rəhbəri Elxan Zeynalov Azərbaycan dövlətinin uşaqlara diqqət və qayğısından, ümummilli lider Heydər Əliyevin uşaqlarla bağlı siyasətindən danışıb, 1998-ci il mayın 19-da “Uşaq hüquqları” haqqında qəbul edilmiş Qanun haqqında məlumat verib. E.Zeynalov, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən uşaqlara göstərilən diqqət və qayğıdan danışıb.

Sonra Azərbaycanda uşaqlara dövlət qayğısından bəhs edən film nümayiş olunub.

Daha sonra uşaqlar arasında Azərbaycan dilində şeir və rəsm müsabiqələri keçirilib, qaliblər baş konsulluğun xatirə hədiyyələri və suvenirlərlə mükafatlandırılıblar

http://azertag.az/xeber/1066716 

növbəti xəbər əvvəlki xəbər