2017-12-03
Cocuq Mərcanlıda 42100 kv.m. ərazi təmizlənib

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 42 100 kv.m (4.21 ha) ərazi tam təmizlənib, 6 500 kv.m (0.65 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb (cəmi: 48 600 kv.m (4.86 ha)), mina və partlamamış hərbi sursat aşkar edilməyib.

Əməliyyatlarda 55 nəfərlik şəxsi heyət iştirak edir.

Cəmi: 17 gün ərzində 9 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 2 ədəd RQ-42 əl qumbarası, 2 ədəd TM-62 minasının gücləndiricisi və 3 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7)) və 1 ədəd piyada əleyhinə mina (OZM-72), 528 446 kv.m (52.84 ha) ərazi tam təmizlənib, 163 400 kv.m (16.34 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb. (Cəmi: 691 846 kv.m (69.18 ha)).

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

https://az.trend.az/azerbaijan/karabakh/2830162.html 

növbəti xəbər əvvəlki xəbər