2018-09-04
İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitində iştirak edib

Qırğız Respublikasının Çolpon-Ata şəhərindəki Çingiz Aytmatov adına “Rux Ordo” Mədəniyyət Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Zirvə görüşü keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündə iştirak edib.

Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Zirvə görüşündə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşıladı.

Dövlət başçıları birgə foto çəkdirdilər.

Zirvə görüşünün açılışında çıxış edən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının hazırkı sədri, Qazaxıstan Respublikasının Prezidenti Nursultan NAZARBAYEV tədbirin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə minnətdarlığını bildirdi. O, builki Sammitdə Özbəkistan və Macarıstanın da iştirak etməsini yüksək dəyərləndirdi.

Türk Şurasının VI Sammitinə ev sahibliyi edən Qırğız Respublikasının Prezidenti Sooronbay JEENBEKOV builki Zirvə görüşünün əsas mövzusunun milli idman növlərinin və gənclər arasında əməkdaşlığın inkişafı ilə bağlı olduğunu bildirdi.

Şura qarşısında bir sıra vacib məsələlərin dayandığını vurğulayan Prezident Sooronbay Jeenbekov türkdilli dövlətlər arasında turizmin inkişafının əhəmiyyətini qeyd edərək dedi:

- Qırğızıstan ölkələrimiz arasında turizmin dinamik inkişafını fəal şəkildə dəstəkləyir. Biz bütün səylərimizi “Müasir İpək Yolu” layihəsinin uğurla reallaşmasına yönəltməyə hazırıq. Bu layihə Azərbaycanı, Türkiyəni, Qazaxıstanı və Qırğızıstanı əhatə edir. Özbəkistanın və Macarıstanın da bu layihəyə qoşulması onu daha da cəlbedici edəcək.

Azərbaycan Prezidenti İlham ƏLİYEV Sammitdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

- Hörmətli Sooronbay Şərifoviç.

Hörmətli dövlət və hökumət başçıları.

https://president.az/articles/29882 

növbəti xəbər əvvəlki xəbər