“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”

Axtarış

Arxiv

2024-cü ilin 11 iyun tarixində “15 iyun – Milli Qurtuluş Günü” münasibəti ilə Manqistau vilayətinin Xalq Assambleyasında - Dostluq Evində Baş Konsulluq tərəfindən Azərbaycan Respublikasının əməkdar artisti Aybəniz Həşimovanın və Sənət Akademiyasının üzvlərinin iştirakı ilə konsert proqramı təşkil olunmuşdur.
Baş Konsulluğun müvafiq dəstəyi ilə Manqistau dövlət Televiziya Kanalı tərəfindən hazırlanan Türk xalqlarının (oğuz, qıpçaq türklərinin) adət ənənələrin, mədəniyyətini, ailə dəyərlərini (valideyinlərin xüsusi ilə atanın ailədə rolu) tərənnüm edən “Ata və övladları” müsabiqəsinin qalibləri seçilmiş və Baş Konsulluğun iştirakı ilə onların (Latipov Aytjan və övladı) televiziya efirində canlı yayımda mükafatlandırma mərasimi keçirilmişdir.
“28 may - Müstəqillik Günü” ilə əlaqədar 2024-cü ilin 28 may tarixində  Azərbaycan Respublikasının Baş Konsulluğu tərəfindən Holiday inn mehmanxanasında rəsmi qəbul keçirilmişdir.
2024-cü ilin 27 may tarixində Mangistau vilayətinin yeni təyin olunmuş akimi (qubernatoru) Kilıbay Nurdaulet İqilikoviçlə nəzakət görüşü keçirilmişdir. 
2024-cü ilin 22 may tarixində İran İslam Respublikasının Aktau şəhərindəki Baş Konsulluğu ziyarət edilmiş və 20 may tarixində helikopter qəzası nətincəsində İran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və yüksək vəzifəli şəxslərin faciəli şəkildə həlak olması ilə əlaqədar başsağıığı verilmişdir.
2024-cü ilin 17 may tarixində  Aktau şəhərində yerləşən Abiş Kekilbayev adına tarix və diyarşünaslıq  muzeyinin direktoru xanım Elmira Ablanova ilə  görüş keçirilmişdir.
2024-cü ilin 11 may tarixində Atırau vilayətində yaşayan Azərbaycan Respublikası vətəndaşları üçün səyyar konsulluq qəbulu keçirilmişdir.
2024-cü ilin 10 may tarixində  Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümü əlaqədar Baş Konsulluq tərəfindən X.Dosmuxammedov adına Atırau dövlət Universitetində tədbir keçirilmişdir.
Vətəndaşların nəzərinə!
2024-cü ilin 3 may tarixində "Ətraf mühitin qorunması və iqlim dəyiışkliyinə qarşı qlobal mübarizə" (COP-29) fonunda həmrəylik əlaməti olaraq ölkəmiz üzərindən keçməklə Avropaya doğru velosiped turnirinə start vermiş Qazaxıstan Respublikası vətəndaşı, Aktau şəhər sakini idman ustası Rabbim Boraşovun təntənəli yola salınma mərasimi keçirilmişdir.
2024-cü ilin 26-27 aprel tarixində Mangistau vilayət Akimliyinin (Qubernatorluğu) və Yessenov Universitetinin birgə təşkilatçılığı ilə Xalq Assambleyasında “Green Hydrogen Aktau Dialoge” mövzusunda keçirilmiş beynəlxalq konfransda Baş Konsulluğun iştrakı təmin edilmişdir
Vətəndaşların nəzərinə!
2024-cü ilin 4 aprel tarixində Baş Konsulluqda "Aprel döyüşləri" böyük zəfərin başlanğıcı başlığı altında tədbir keçirilmişdir.
2024-cü ilin 29 mart tarixində “Azərbaycanlıların Soyqırımı Günü”nün 106-cı ildönümü ilə bağlı Baş Konsulluqda anım tədbiri  keçirilmişdir.
2024-cü ilin 22 mart tarixində Novruz bayramı münasibəti ilə Aktau şəhərində dənizkənarı bulvarda Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğu və Azərbaycan icması tərəfindən "Azərbaycan Yurtası " təşkil olunmuşdur.
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti