“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidmətləri
Konsulluq xidmətləri
Konsulluq xidmətləri
Vətəndaşlıq məsələləri̇

AZƏRBAYCAN RESPUBLİKASININ VƏTƏNDAŞLIĞI MƏSƏLƏLƏRİ

1.  Azərbaycan Respublikasının vətəndaşlığının tanınması əsasları

Azərbaycan Respublikasının Vətəndaşlığı haqqında Qanuna uyğun olaraq, həmin Qanun qüvvəyə mindiyi  günədək  Azərbaycan  Respublikasının  vətəndaşlığında  olmuş  şəxslər  (əsas:  şəxsin,  qanun qüvvəyə minənə qədər Azərbaycan Respublikasında yaşayış üzrə qeydiyyatda olması), 1992-ci il yanvar ayının 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər, 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar və həmin qanuna əsasən vətəndaşlığı qəbul etmiş şəxslər Azərbaycan Respublikasının vətəndaşları hesab edilirlər.

Doğum haqqında şəhadətnamə, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və Azərbaycan Respublikası vətəndaşının pasportu (ümumi, xidməti və diplomatik) Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərdir.

2.  Azərbaycan Respublikasının vətəndaşlığına qəbul

Azərbaycan Respublikasının ərazisində son beş il ərzində yaşayan və Azərbaycanın dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs vəsatətlə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Azərbaycan Respublikası vətəndaşlığını əldə etmək istəyən şəxs Azərbaycan Respublikası Prezidentinin adına yazılmış, nümunəsi Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş ərizə-anketlə Azərbaycan  Respublikası  Daxili  İşlər  Nazirliyinə

müraciət edir.

Ərizə-anketə aşağıdakı sənədlər əlavə edilir:

•  4 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

•  yaşayış yerindən ailə tərkibi haqqında arayış;

•  dövlət rüsumunun ödənilməsi haqqında sənəd;

•  Azərbaycan Respublikasında son beş il ərzində yaşaması barədə yaşayış yerindən arayış;

•  Azərbaycan Respublikasının dövlət dilini bilməsi barədə Təhsil Nazirliyindən arayış.

Azərbaycan Respublikası vətəndaşlığını qəbul etmək istəyən şəxs Azərbaycan Respublikası ilə ikili vətəndaşlığın qarşısının alınması haqqında beynəlxalq müqaviləsi olan dövlətin vətəndaşı olarsa, belə dövlətin səlahiyyətli orqanının onun Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək niyyətinə olan münasibətini təsdiq edən sənəd təqdim etməlidir. Əgər belə sənədin təqdim edilməsi müraciət edən şəxsdən asılı olmayan səbəblər üzündən mümkün deyilsə, şəxs ərizə-anketdə bunu mütləq göstərməlidir.

Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi, bərpa edilməsi barədə vəsatət qaldıran şəxs Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş dövlət quruluşunu zorakılıqla dəyişdirməyə və Azərbaycan Respublikasının ərazi bütövlüyünü pozmağa çağırışlar edərsə, dövlət təhlükəsizliyinə, ictimai asayişin qorunmasına, əhalinin sağlamlığına və ya mənəviyyatına zərər vuran fəaliyyət göstərərsə, irqi, dini və milli müstəsnalığı təbliğ edərsə, terrorçuluq fəaliyyəti ilə əlaqəsi olarsa, həmin şəxsin Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilməsinə dair vəsatəti rədd edilir.

Vətəndaşlıq  məsələləri  ilə  əlaqədar  vəsatətlərə  Azərbaycan  Respublikasının  Prezidenti  yanında

Vətəndaşlıq Məsələləri Komissiyasında baxılır.

3.  Azərbaycan Respublikasının vətəndaşlığından çıxma

Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi üçün tələb olunan sənədlərin siyahısı:

  1. Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi üçün Azərbaycan Respublikası Prezidentinin adına 5 nüsxədən ibarət Ərizə-anket  (WORD) doldurulmalıdır (ərizə anketin Azərbaycan dilində, habelə bilgisayar formatında doldurulması tələb olunur);

  1.  5 ədəd rəngli fotoşəkil (35 mm x 45 mm), (fotoşəkillər anketlərin 1-ci səhifəsində fotoşəkilin yapışdırılması üçün nəzərdə tutulmuş yerə yapışdırılmalı);

  1. Ərizəçinin şəxsiyyətini təsdiq edən və digər mövcud sənədlərin surəti (ümumvətəndaş pasportu, şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, hərbi bilet, nikah haqqında şəhadətnamə və s.) ( 5 nüsxə);

  1. Tərcümeyi-hal (bilgisaray formatında) (5 nüsxə);

  1. Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi üçün səbəbini göstərməklə Azərbaycan Respublikası Prezidentinin adına ərizə (sərbəst formada, bilgisaray formatında) (5 nüsxə);

  1. Baş Konsulluğa ərizə (bilgisaray formatında) (1 nüsxə);

  1. Ərizəçinin QR-də yaşadığını təsdiq edən sənəd (QR pasportu, yaşayış icazəsi və.s - 5 nüsxə);

  1. Ərizəçinin valideyinlərinin, o cümlədən digər ailə üzvlərinin sənədlərinin surəti (5 nüsxə);

  1. Şəxsin vətəndaşsızlıq vəziyyətinə düşməməsi üçün digər dövlətin vətəndaşlığının əldə edilməsinə dair sənəd və ya bu barədə təminat sənədi.

  1. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 16.2.2-ci maddəsinə əsasən, şəxsin vətəndaşlığına xitam verilməsi üçün 60 ABŞ dolları məbləğində (ekvivalenti olaraq Qazax tenqesi) dövlət rüsumu ödənilməlidir.

- Dövlət rüsumunun Baş Konsulluğun bank hesabına (Bank rekvizitləri: Генеральное Консульство Азербайджанской Республики в КР, БИН 081050009536, Расчетный счет KZ326010231000094231 в АО «Народный Банк») ödənilməsini təsdiq edən qəbz;

Qeyd: Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi müraciətlərinə baxılması 18 ayadək davam edə bilər.

Qeyd: Nəzərə alınmalıdır ki, xarici dillərdə təqdim edilən bütün sənədlər Azərbaycan dilinə tərcüməsi ilə birgə təqdim edilməlidir.

Qeyd: Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi üçün sənədlər tam və düzgün tərtib edilmədiyi təqdirdə icraya qəbul olunmadan düzəliş edilməsi üçün ərizəçiyə geri qaytarılacaqdır. 

Qeyd: Baş Konsulluq sənədlərin poçt vasitəsi ilə göndərişi zamanı itirilməsi və yaxud yararsız hala düşməsinə görə məsuliyyət daşımır.  

Qeyd: Sənədləri təqdim edərkən əlaqə məlumatlarınızı (telefon nömrəsi, e-mail ünvanı və s.) qeyd etməyi unutmayın.      

 

Əgər ərizəçi 14 yaşı tamam olmayan azyaşlı uşağı (uşaqları) ilə birgə vəsatəti təqdim edirsə:

1. həmin uşaq (uşaqlar) haqqında məlumatlar valideyn tərəfindən doldurulan Ərizə - anketə yazılmalıdır (ərizə-anketin 14-cü bəndi);

2. uşağın (uşaqların) fotoşəkilləri valideynin Ərizə - anketində valideynin şəkillərinin yanına yapışdırılmalıdır;

3. uşağa (uşaqlara) aid sənədlərin surəti və Azərbaycan dilinə tərcümələri əlavə edilməlidir (pasport, şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə və sairə);

4. uşağın Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsinə etiraz edilmədiyinə dair digər valideynin razılıq ərizəsi (ərizə notariat qaydasında təsdiq edilməli və tərcümə edilməlidir. Əgər sənədlər ərizəçilər tərəfindən Baş Konsulluqda şəxsən təqdim edilirsə, razılıq ərizəsinin notarius tərəfindən təsdiq edilməsinə ehtiyac yoxdur) və ya valideynlərdən birinin ölüm haqqında şəhadətnaməsi, boşanma haqqında məhkəmə qərarı və sairə;

 

Qeyd: Sənədləri təqdim edərkən əlaqə məlumatlarınızı (telefon nömrəsi, e-mail ünvanı və s.) qeyd etməyi unutmayın. 

Əgər ərizəçi 14 – 18 yaşında olan uşaqları ilə birgə vəsatəti təqdim edirsə:

1. həmin uşaq (uşaqlar) haqqında məlumatlar valideyn tərəfindən doldurulan Ərizə - anketə yazılmalıdır (ərizə-anketin 14-cü bəndi);

2. Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi üçün Azərbaycan Respublikası Prezidentinə Ərizə-anket (ərizə-anket 5 (beş) nüsxədə doldurulmalı);

3. 5 (beş) ədəd rəngli fotoşəkil (35 mm x 45 mm), (fotoşəkillər anketlərin 1-ci səhifəsində fotoşəkilin yapışdırılması üçün nəzərdə tutulmuş yerə yapışdırılmalı);

4. uşağa (uşaqlara) aid sənədlərin surəti və Azərbaycan dilinə tərcümələri əlavə edilməlidir (pasport, şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə və sairə);

5. Tərcümeyi-hal;

6. uşağın (uşaqların) valideynlə birgə Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsinə etiraz etmədiyinə dair razılıq ərizəsi (ərizə notariat qaydasında təsdiq edilməli və tərcümə edilməlidir. Əgər sənədlər ərizəçilər tərəfindən Baş Konsulluqda şəxsən təqdim edilirsə, razılıq ərizəsinin notarius tərəfindən təsdiq edilməsinə ehtiyac yoxdur);

7. hər iki valideynin uşağın (uşaqların) Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsinə etiraz etməməsinə dair razılıq ərizəsi(ərizə notariat qaydasında təsdiq edilməli və tərcümə edilməlidir. Əgər sənədlər ərizəçilər tərəfindən Baş Konsulluqda şəxsən təqdim edilirsə, razılıq ərizəsinin notarius tərəfindən təsdiq edilməsinə ehtiyac yoxdur) və ya valideynlərdən birinin ölüm haqqında şəhadətnaməsi, boşanma haqqında məhkəmə qərarı və sairə.

Qeyd: Sənədləri təqdim edərkən əlaqə məlumatlarınızı (telefon nömrəsi, e-mail ünvanı və s.) qeyd etməyi unutmayın. 

                                                         

DİQQƏT: Qazaxıstan Respublikası vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikası vətəndaşları vətəndaşlığı qəbul etdikdən sonra bir ay ərzində aşağıdakı anketi dolduraraq, Azərbaycan Respublikasının ümumvətəndaş pasportunun və QR pasportunun surəti ilə birlikdə Baş Konsulluğa təqdim etməlidir. Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə məlumatın verilməsi üçün  Ərizə - anket 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti