Foto şəkli pasporta daxil edilməsi

XARİCDƏ DOĞULMUŞ UŞAĞIN VALİDEYNİN PASPORTUNA QEYD OLUNMASI

   Konsulluq dairəsində doğulmuş uşağı ilə birlikdə ölkəyə gələ bilməsi üçün valideynin pasportuna uşağının soyadı, adı, cinsi və doğulduğu tarix yazılmalı və fotoşəkli yapışdırılaraq möhürlənməlidir. Xaricdə doğulmuş uşağın valideyninin pasportuna qeyd edilməsi üçün Azərbaycan Respublikasının konsulluğuna müraciət edilməlidir.

  Azərbaycan Respublikasının konsulluğunda xaricdə doğulmuş uşağın valideyninin pasportuna qeyd edilməsi üçün aşağıdakı tələblərə uyğun qaydada sənədlər təqdim olunmalıdır:

1.  Pasporta uşağın əlavə edilməsinə dair valideynin ərizəsi;

2. Uşağın valideynlərindən birinin pasportuna əlavə edilməsinə digər valideynin etiraz etməməsinə dair razılıq ərizəsi (razılıq verən valideyn əcnəbidirsə, razılıq ərizəsi notarial qaydada təsdiq olunmalıdır);

3. Uşağın 4 ədəd (rəngli, donuq-mat, 3x4 sm ölçüdə, açıq rəngli fonda) fotoşəkli;

4. Uşağın şəxsiyyət vəsiqəsinin, doğum haqqında şəhadətnaməsinin və ya xəstəxanadan alınmış doğum haqqında arayışının (doğum haqqında arayış onu verən xəstəxananın yerləşdiyi vilayətin valiliyi tərəfindən apostil üsulunda təsdiq olunmalıdır) əsli və surəti;

5. Valideynlərin birgə nikahı haqqında şəhadətnamənin əsli və surəti;

6. Valideynlərdən biri olmadığı halda onun ölüm haqqında şəhadətnaməsi, valideynlik hüququndan məhrum edilməsi barədə məhkəmə qərarı və ya bu kimi faktı təsdiqləyici digər rəsmi sənədin əsli və surəti;

7. Pasporta uşağın qeyd edilməsi üçün 20 ABŞ dolları məbləğində dövlət rüsumunun ödənilməsi haqqında qəbzin əsli.


Arxiv üzrə axtarış