Qazaxıstanın Aktau şəhərində Birinci Azərbaycan-Qazaxıstan Yay Gənclər Məktəbi keçirilmişdir.
2025-ci il iyun ayının 13-14 tarixlərində Qazaxıstanın Aktau şəhərində “Azərbaycan və Qazaxıstan: Konstitusiya və Suverenlik ilində əlaqələrin möhkəmləndirilməsi” adlı I Azərbaycan-Qazaxıstan Yay Gənclər Məktəbi keçirilmişdir.
Tədbir Aktau şəhərində fəaliyyət göstərən “Azərbaycan Mərkəzi” İctimai Fondu Azərbaycan Respublikasının (AR) Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə, AR-in Aktau şəhərindəki Baş Konsulluğu və Qazaxıstanın Ş.Yessenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetinin dəstəyi ilə təşkil edilmişdir.
Məktəbin işində Azərbaycandan, Qazaxıstandan və digər türk dövlətlərindən 40 dan çox dinləyici, Manqistau vilayətinin Fövqəladə Hallar Departamentinin əməkdaşları, o cümlədən Bakı Dövlət Universitetinin professoru Eldar Cəfərov və Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının müdir Elvin Talışinski də iştirak etmişlər.
İyun ayının 14-də keçirilmiş bağlanış mərasimində iştirakçılarla yanaşı Azərbaycanın, Türkiyənin, Özbəkistanın, Türkmənistanın baş konsulları, o cümlədən baş konsulluqların əməkdaşları da iştirak etmişlər.
Yay məktəbinin bağlanışına həsr olunmuş şam yeməyində AR-in Aktaudakı baş konsulu Ayxan Süleymanlı çıxış edərək 2025-ci ilin ölkəmizdə ”Konstitusiya və Suverenlik ili” elan edildiyini iştirakçıların diqqətinə çatdırmış, bununla bağlı ətraflı məlumat vermiş və iştirakçılara uğurlar arzulamışdır.