2025-ci il sentyabr ayının 30-da Aktau şəhərində “TURKWOMEN” qadın liderlər forumu keçirilmişdir.
Tədbirdə Aktau şəhərinin meri, Türkiyənin Aktau şəhərindəki baş konsulu, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyədən qonaqlar, o cümlədən Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunun konsulu Mübariz Cəfərov iştirak etmişlər.
Forumun əsas məqsədi türk dilli dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi, qadınların ictimai və iqtisadi həyatda fəal iştirakı, eləcə də onların liderlik potensialının dəstəklənməsi olmuşdur.
Forum çərçivəsində qadınların sahibkarlığın inkişafına töhfəsi, sosial təşəbbüslərin inkişaf etdirilməsi, mədəni irsin qorunması və müasir medianın cəmiyyətə təsiri kimi aktual məsələlər müzakirə edilmişdir.
İştirakçılar təcrübə mübadiləsi aparmış, ümumi təşəbbüslərin birgə həyata keçirilməsinin vacibliyini vurğulamışlar.

