2025-10-06

Aktau şəhərində Qazaxıstan Xalqları Assambleyasının Manqistau vilayəti üzrə nümayəndəliyi tərəfindən “Qələbə birlikdədir” mini-futbol turniri təşkil olunmuşdur.

2025-ci il sentyabr ayının 27-28 və oktyabr ayının 5 -də Aktau şəhərində Qazaxıstan Xalq Assambleyasının Manqistau vilayəti üzrə nümayəndəliyi tərəfindən “Qələbə birlikdədir” mini-futbol turniri təşkil olunmuşdur.

Aktau şəhərindəki etnomədəni birliklər arasında keçirilmiş turnirdə burada yaşayan azərbaycanlıların “Dostluq”  etnomədəni birliyinin komandası da iştirak etmişdir. Həmvətənlilərimizin komandası keçirilmiş oyunlarda parlaq qələbələr qazanaraq finala yüksəlmişdir. Komandamız finalda “Rus icması”  komandası ilə qarşılaşmış və qələbə uğrunda bütün gücünü, əzmini səfərbər edərək 4:1 hesabı ilə möhtəşəm qələbə qazanmışdır.

Bizə qələbə sevinci yaşatmış “Dostluq”  etnomədəni birliyinin komandasının bütün oyunçularına, turnirin keçirilməsində əməyi olan hər kəsə, o cümlədən komandamızı könüldən dəstəkləyən azarkeşlərə dərin təşəkkürümüzü bildiririk.

 Turnirdə fərdi nominasiyalar üzrə “Ən yaxşı hücumçu” adını almış Bayram Zaxaddinova və “Ən yaxşı oyunçu” adını almış Ramil İsrapilova ayrıca təşəkkür edirik. 

 

Arxiv üzrə axtarış