2025-10-17

Aktau şəhərində “The Caspian sea: Historical Preconditions of contemporary environmental issues” kitabının təqdimatı keçirilmişdir.

Oktyabr ayının 14-də Aktau şəhərində fəaliyyət göstərən Ş.Yessenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetində “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyinin “Xəzər hövzəsinin ekoloji problemləri qlobal müstəvidə” layihəsi çərçivəsində ingilis dilində nəşr edilmiş “The Caspian sea: Historical Preconditions of contemporary environmental issues” kitabının təqdimatı keçirilmişdir.

Baş Konsulluğun müraciəti əsasında və təşkilatçılığı ilə Ş.Yessenov adına Universitetdə baş tutmuş təqdimatda universitetin prorektoru Askar Seidaliyev, Baş Konsulluğun konsulu Mübariz Cəfərov, Aktau şəhər maslixatının deputatı, ekoloq Kirill Osin, “Dostluq” Etnomədəni Birliyinin sədri Şəmsəddin Hüseynov, universitetin müəllim və tələbələri, o cümlədən diasporumuzun fəalları iştirak etmişlər.

“İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyinin sədri Şəlalə Həsənova iştirakçılara Azərbaycan alimlərinin məqalələrindən ibarət “The Caspian sea: Historical Preconditions of contemporary environmental issues” kitabı barədə ətraflı məlumat vermiş, həmçinin son 150 ildə Xəzər hövzəsində baş vermiş transformasiyalara, 2024-cü ilin noyabrında COP29 çərçivəsində yaradılmış “The Caspian House” elektron platformasına və yaşıl iqtisadiyyat virtual muzeyinə dair təqdimat etmişdir.

Arxiv üzrə axtarış