2025-10-20

2025-ci il oktyabr ayının 16-da Aktau şəhərində Türk Dünyası Muzeylərinin IV görüşü çərçivəsində “Daş abidələr – türk dünyasının ümumi irsi” mövzusunda beynəlxalq simpozium keçirilmişdir.

Tədbir “Aktau – Türk Dünyasının Mədəniyyət Paytaxtı” ili çərçivəsində keçirilmiş və Qazaxıstan, Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr və Macarıstanın milli muzeylərinin direktorlarını, yerli alimləri və vilayət muzeylərinin rəhbərlərini bir araya gətirmişdir.

Tədbirin məqsədi türk xalqlarının zəngin tarixi-mədəni irsini təbliğ etmək və muzey sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirmək olmuşdur.

Tədbirdə elmi tədqiqat və daş abidələrin qorunması, bərpası və muzey mühitində təqdimatının yeni üsulları ilə bağlı məsələlər, o cümlədən vahid informasiya bazasının yaradılması və arxeoloji abidələrin rəqəmsallaşdırılması məsələləri müzakirə edilmişdir.

Simpoziumda ölkəmizi baş konsul Ayxan Süleymanlı, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Qobustan Milli Tarix-Bədii Qoruğunun əməkdaşı  Şahlar Məmmədov təmsil etmişlər.

 

Arxiv üzrə axtarış