“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 26 fevral 2026

Aktau şəhərində Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı tədbir keçirilmişdir.

Baş konsulluq tərəfindən Aktau şəhərinin “Renaissance by Sulo” mehmanxanasında Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı keçirilmiş tədbirdə Baş konsulluğun əməkdaşları, Türkiyənin, Özbəkistanın, Türkmənistanın, İranın Aktaudakı baş konsulları və diplomatları, Aktau şəhər maslixatının sədri, Ş.Yessenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetinin rektoru, prorektoru və tələbələri, Manqistau vilayət Xalq Assambleyasının sədri, Azərbaycan diasporunun üzvləri, digər icmaların,  yerli ictimaiyyətin və KİV-lərin nümayəndələri iştirak etmişlər.

İştirakçılar öncə Xocalı soyqırımının dəhşətlərini özündə əks etdirən fotosərgi və kitablarla tanış olmuşlar. Sonra Baş konsulluq tərəfindən soyqırımla bağlı hazırlanmış press-reliz KİV nümayəndələrinə təqdim edilmişdir.

Tədbirin əvvəlində Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, sonra isə baş konsul Ayxan Süleymanlı, Aktau şəhər maslixatının sədri Sembiqali Zakenov, “Dostluq” Etnomədəni Birliyinin keçmiş rəhbəri Vaqif Nəbiyev çıxış etmişlər.

Çıxış edənlər şəhidlərin xatirəsini ehtiramla yad etmiş, ermənilərin dinc Xocalı sakinlərə amansızcasına divan tutuğunu, onları Azərbaycanlı olduqları üçün qətl edildiklərini qeyd etmiş, bu soyqırımının insanlığa sığmayan vəhşi cinayət olduğunu vurğulamış, soyqırımın heç vaxt unudulmayacağını söyləmişlər və  gələcəkdə bu tip qanlı hadisələrin təkrarlanmaması üçün cinayətkarların cəzalandırılmasının vacibliyini qeyd etmişlər.

Çıxışlar zamanı böyük ekranda Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Baş konsulluq tərəfindən hazırlanmış slayd-şou nümayiş etdirilmişdir.

Tədbirin sonunda Xocalı soyqırımı ilə bağlı Heydər Əliyev fondunun dəstəyi ilə çəkilmiş “Badam çiçəyi” sənədli filmi nümayiş etdirilmiş və iştirakçılara ehsan-iftar süfrəsi açılmışdır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti