“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 29 iyun 2026

Baş konsul Ayxan Süleymanlı Aktöbe vilayətində diaspora fəalları ilə görüşmüşdür.

Baş konsul Ayxan Süleymanlı Aktöbe vilayətində səfərdə olarkən iyun ayının 23-də Aktöbe vilayətində fəaliyyət göstərən “Azərbaycanlılar Assosiasiyası” Respublika İctimai Birliyi filialının sədri Rahib Əzizovla görüşmüşdür. Görüşdə Baş konsulluğun konsulu Mübariz Cəfərov, 2003-cü ildə boks üzrə 57 kg çəkidə dünya çempionu olmuş Qazaxıstanda yaşayan həmvətənlimiz Qalib Cəfərov və  diaspor fəallarının bir sıra üzvləri iştirak etmişdir.

Görüş zamanı diasporun fəaliyyət istiqamətləri, soydaşlarımızın qarşılaşdıqları məsələlər, Azərbaycan–Qazaxıstan dostluq münasibətlərinin inkişafında diasporun rolu, gələcək əməkdaşlıq perspektivləri ətrafında, eləcə də soydaşlarımızın birlik və həmrəyliyinə nail olunması istiqamətində görülən işlər barəsində fikir mübadiləsi aparılmış və həmvətənlilərimizin sualları cavablandırılmışdır.

Səfər zamanı həmçinin vilayətdə yaşayan Azərbaycan Respublikası vətəndaşları üçün səyyarı konsulluq qəbulu təşkil edilmiş və müraciətlər üzrə bir sıra konsulluq xidmətləri göstərilmişdir. 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti