“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 12 iyun 2026

Baş konsul Ayxan Süleymanlı Kurık limanına səfər etmişdir.

İyun ayının 9-da baş konsul Ayxan Süleymanlı və Baş konsulluğun konsulu Mübariz Cəfərov Kurık limanında səfərdə olmuşlar.

          Səfərin məqsədi liman ərazisinin əməliyyat imkanları, icra olunan infrastruktur layihələri, yüklərin doldurulması və boşaldılması prosesi, o cümlədən növbə gözləyən yük maşınlarının sürücüləri üçün yaradılmış şəraitlə yerində tanış olmaq, həmçinin daşınan yüklərin həcminin artırılması ilə bağlı fikir mübadiləsi aparmaq olmuşdur.

          Səfər zamanı Kurık limanının direktoru Erkin Nığmetovun, müavini Bakıtkerey Alibekovun və rəhbər heyətin  iştirakı ilə  ərazidə görüş, sonra liman ərazisi ilə tanışlıq olmuşdur.

Görüş zamanı A.Süleymanlı  Kurık limanının önəminə toxunaraq limanın təkcə Qazaxıstan üçün deyil, həmçinin Azərbaycan və bölgəmiz üçün vacib limanlardan biri olduğunu qeyd etmiş, “Orta Dəhliz” vasitəsilə yük daşımaların həcminin artırılmasının ölkələrimiz üçün prioritet sahələrdən və dövlət başçılarının qarşıya qoyduğu tapşırıqlardan biri olduğunu söyləmişdir. Vurğulamışdır ki, birgə koordinasiyalı fəaliyyətlə Orta dəhliz boyunca tranzit yükdaşımaları sahəsində hazırda müşahidə olunan müsbət dinamikanın qorunub saxlanılması və daha da inkişaf etdirilməsi üçün töhfə verə bilərik.

E.Nığmetov isə öz növbəsində limanda aparılan yenidənqurma işləri barədə ətraflı məlumat vermiş, limanda işlərin səmərəli qurulması, o cümlədən yük daşımalarının həcminin artırılması üçün əlindən gələni əsirgəmədiyini dilə gətirmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti