“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Mətbuat şərhi 10 mart 2026

Baş konsulluqda Kurık limanının baş direktoru ilə görüş keçirilmişdir.

Azərbaycan Respublikasının Aktau şəhərindəki baş konsulu Ayxan Süleymanlı mart ayının 6-da Baş konsulluqda Kurık dəniz limanına yeni təyin olunmuş baş direktor Erkin Nığmetov ilə görüş keçirmişdir.

Görüş zamanı Kurık limanının beynəlxalq nəqliyyat dəhlizlərində artan rolu və region üçün strateji əhəmiyyəti vurğulanmış, eyni zamanda limanın logistika imkanları, Xəzər dənizi vasitəsilə yükdaşımaların həcminin artırılması və qarşılıqlı əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti