2019-02-25
Aktauda Xocalıya ədalət tələb edən gənclər videoçarx hazırlayıblar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Aktauda yaşayan gənclər aksiya keçiriblər.

Aktau şəhərinin dənizkənarı parkında baş tutmuş aksiyada gənclər “Xocalı soyqırımı”, “Xocalıya ədalət!”, “Erməni terrorizminə son!”, “Ermənistanın işğalçılıq siyasətinə son!” çağırışları səsləndiriblər.

Aktau gəncləri, həmçinin “Xocalıya ədalət!” kampaniyası çərçivəsində videoçarx hazırlayaraq sosial şəbəkələrdə yayıblar. Azərbaycanlı gənclərlə yanaşı, qazax, özbək, türkmən, ləzgi, avar, udin və digər millətlərdən olan gənclərin iştirakı ilə hazırlanmış videoçarxda Xocalı soyqırımı haqqında məlumat verilir, müxtəlif dillərdə Xocalıya ədalət tələb olunur. 

https://azertag.az/xeber/1250716 

növbəti xəbər əvvəlki xəbər