“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”

Xəbərlər

2021-ci ilin 26 fevral tarixində isə Baş konsulluğun inzibati binasında Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilmişdir .
Cari ilin 17 fevral tarixində Baş konsulluğun başçısı v.i.e. Elmar Məmmədov Aktau şəhərində fəaliyyət göstərən “Mangistau Media” xəbərlər qrupunun rəhbəri Aysulu Kabışovna Dutbayeva ilə “Mangistau Media” qrupunun inzibati binasında görüş keçirmişdir.
Cari ilin 10 fevral tarixində "Mangistau TV"nın müxbiri Laura Aytojakızı Baş konsulluğun başçısı v.i.e. Elmar Məmmədovdan müsahibə almışdır. E.Məmmədov Qazaıxtan - Azərbaycan arasında olan münasibətlərdən danışmış, habelə Qazaxıstan Respublikasının Müstəqillik günü münasibətilə qazaxıstanlıları təbrik etmişdir.
Cari ilin 9 fevral tarixində Aktau şəhərində fəaliyyət göstərən milli daşıyıcı olan MMC “MDGŞ “KAZMORTRANSFLOT”-un Baş direktorunun müavini Berik Karloviç Bisaliyevi ilə Baş konsulluğun başçısı v.i.e. Elmar MəmmədovBaş konsulluğun inzibati binasında görüş keçirilmişdir.
Сari ilin 5 fevral tarixində Aktau şəhərində fəaliyyət göstərən “EtonHouse Kazakhstan” MMO beynəlxalq məktəbinin Baş direktoru Qani Muxitoviç Kalamkali ilə Baş konsulluğun başçısı v.i.e. Elmar Məmmədo məktəbin inzibati binasında görüş keçirilmişdir.
"Gənclər Günü” münasibətilə Baş konsulluq tərəfindən cari ilin 2 fevral tarixində konsulluq dairəsində təhsil alan Azərbaycan Respublikasının vətəndaşları olan tələbələr ilə video formatda tədbir keçirilmişdir.
8 dekabr 2020 - ci il tarixində Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə “ YAŞAT ” Fondu yaradılmışdır
Cari ilin 20 yanvar tarixində, Baş konsulluğun təşəbbüsü ilə 20 Yanvar faciəsinin otuz birinci ildönümünə həsr olunmuş videokonfrans təşkil olunmuşdur.
Cari ilin 20 yanvar tarixində isə, Aktau şəhərində yerləşən mədəni ocaqlarının birində Mangistau vilayətində fəaliyyət göstərən “Dostluq” milli-mədəni cəmiyyəti tərəfindən təşkil olunmuş 20 Yanvar faciəsinin otuz birinci ildönümü ilə bağlı tədbirdə Baş konsulluğun başçısı v.i.e. Elmar Məmmədov iştirak etmişdir.
2020-ci ilin 31 dekabr tarixində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Qazaxıstan Respublikasındakı nümayəndəsi İlqar İsayeviç Qasımov Baş konsulluğun başçısı v.i.e. Elmar Məmmədovun
Cari ilin 06 dekabr tarixində Qazaxıstan Respublikası Mangistau vilayətinin Dövlət Gəlirləri departamentinin rəhbəri Daniyar Yerenqaliyeviç Janalinov ilə Baş konsulluğun başçısı v.i.e. Elmar Məmmədov Mangistau vilayətinin Dövlət Gəlirləri departamentinin inzibati binasında görüş keçirmişdir.
Cari ilin 19 noyabr tarixində Qazaxıstan Respublikasının Aktau şəhərində Xəzər dənizinin dibi ilə Azərbaycan və Qazaxıstan Respublikaları arasında fiber-optik rabitə xəttinin inşasına başlanmasına dair keçirilən təməlqoyma mərasimində iştirak etmək məqsədilə Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov nümayəndə heyəti ilə birlikdə Aktau şəhərinə səfər etmişdir.
Cari ilin 13 noyabr tarzixində Aktöbe şəhərinin Akimi Asxat Berleşeviç Şaharov ilə Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğun başçısı v.i.e. Elmar Məmmədov, şəhər Akimatlığının inzibati binasında tanışlıq xarakterli görüş keçirilmişdir.
Cari ilin 13 noyabr tarixində Aktubinsk vilayətinin Akimi Urazalin Ondasın Seiloviç ilə Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğun başçısı v.i.e. Elmar Məmmədov vilayət Akimatlığının inzibati binasında tanışlıq xarakteri daşıyan görüş keçirilmişdir.
10 noyabr 2020-ci il tarixindən etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması məqsədilə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin birgə imzaladıqları bəyanatın nəticəsi ilə Ermənistanın geri çəkilməsi ilə əlaqədar, Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında yaşayan soydaşlarımız Aktau şəhərindəki Baş konsulluğunun inzibati binasında Qələbə Günü qeyd etmişlər.
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti