Xəbərlər
2023-cü ilin 09 iyul tarixində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində Baş Konsulluq tərəfindən Azərbaycan Respublikasının Diplomatik xidmət orqanlarının peşə bayramı münasibəti ilə rəsmi qəbul keçirilmişdir.
Mətbuat şərhi
09 iyul 2023
2023-cü ilin 09 iyul tarixində Azərbaycan Diplomatik Akademiyasının dəstəyi ilə Aktau şəhərində keçirilən 17-ci Baki enerji yay məktəbində iştirak edən 17 ölkədən 80-dən artıq qonaqların Kurik Beynəlxalq Dəniz Limanında Manqistau vilayətinin Akimatlığı (Qubernatorluğu) ilə birgə qarşılanma mərasimi keçirilmişdir.
Mətbuat şərhi
09 iyul 2023
2023-cü ilin 06 iyul tarixində konsulluq dairəsi olan Aktöbe şəhərində səyyar konsulluq qəbulu təşkil edilmişdir.
Mətbuat şərhi
06 iyul 2023
2023-cü ilin 4 iyul tarixində Qardaş Türkiyə Respublikasının Aktau şəhərindəki Baş Konsulu cənab Sabri Alptekin Baş Konsulluğumuzu ziyarət etmişdir.
Mətbuat şərhi
04 iyul 2023
2023-cü ilin 4 iyul tarixində Qazax xalqının milli musiqi aləti olan Dambra günü münasibəti ilə tədbir keçirilmiş və Mangistau Xalq Assambleyasının iştirakı ilə ənənələrə uyğun olaraq yeni doğulmuş körpələrə Baş Konsulluq adından dambra-saz hədiyyə edilmişdir
Mətbuat şərhi
04 iyul 2023
2023-cü ilin 28 iyun tarixində Türkiyə Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunda "Qurban bayramı" münasibəti ilə təşkil olunan tədbirdə Baş Konsulluğun kollektivi və icma üzvləri iştirak etmişdir.
Mətbuat şərhi
28 iyun 2023
2023-cü ilin 27 iyun tarixində "Caspian Energy Club"-un Aktau şəhərinə səfəri çərçivəsində Baş Konsulluğun təşkilatçılığı ilə bir sıra görüşlər keçirilmişdir.
Mətbuat şərhi
27 iyun 2023
Mangistau vilayət Müftiliyinin və Azərbaycan icmasının dəstəyi ilə keçirilən "Qurban bayramı" xeyriyyə tədbirində Baş Konsulluğumuzun təşkilatçılığı ilə Aktau şəhərində fəaliyyət göstərən Türkiyə Respublikasının, İran İslam Respublikasının, Türkmənistanın Baş Konsulları iştirak etmişlər.
Mətbuat şərhi
25 iyun 2023
2023-cü ilin 02-06 oktyabr tarixində Bakı şəhərində 74-cü Beynəlxalq Astronavtika Konqresi keçiriləcəkdir. Tədbirin keçirilməsinə 100 gün qalmışdır.
Mətbuat şərhi
24 iyun 2023
2023-cü ilin 24 iyun tarixində Türkiyə Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunun dəvəti ilə "Altınbaş" şirkətinin Aktau şəhərində ofisinin açılış mərasimində Baş Konsulluğun kollektivi iştirak etmişdir.
Mətbuat şərhi
24 iyun 2023
2023-cü ilin 15 iyun tarixində "Milli Qurtuluş" günü münasibəti ilə Baş Konsulluqda tədbir keçiririlmişdir.
Mətbuat şərhi
15 iyun 2023
2023-cü ilin 13 iyun tarixində Ş.Yessenov adına Dövlət Universitetində keçirilmiş yekun ixtisas üzrə tələbələrin - Moldir Atantaevanın “Ələt (Azərbaycan) və Kurık (Qazaxıstan) dəniz limanlarının inteqrasiyası, bu istiqamətdə yük daşımaların və iki ölkə arasında ticarət dövriyyəsinin artırılması” mövzusunda və Güldanə Kanatbayevnın “Diplomatik protokol və onun ikitərəfli münasibətlərə təsiri” mövzusunda diplom işlərinin müdafiəsi mərasimində Baş Konsulluğun başçısı v.i.e. Elçin Məmmədov Attestasiya Komissiyasının sədri qismində iştirak etmişdir.
Mətbuat şərhi
13 iyun 2023
2023-cü ilin 05 iyun tarixində Yessenov Universitetinin təşkilatçılığı və Qazaxıstan Respublikasının Ali Təhsil və Elm Nazirliyinin dəstəyi ilə Mangistau Arena İdman Kompleksində keçirilmiş XII Yay Universiadasının açılış mərasimində Baş Konsulluğun və Azərbaycan icmasının iştirakı təmin edilmişdir.
Mətbuat şərhi
05 iyun 2023
2023-cü ilin 31 may tarixində Mangistau vilayətiniin Xalq Assambleyasında-Dostluq Evində təşkil olunan represiya qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimində Baş Konsulluğun iştirakı təmin edilmişdir.
Mətbuat şərhi
31 may 2023
2023-cü ilin 26 may tarixində Uralsk şəhərində vilayət Xalq Assambleyası-Dostluq Evində 28 may-Müstəqillik Günü və Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə rəsmi qəbul keçirilmişdir.
Mətbuat şərhi
26 may 2023