“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 16 yanvar 2023

2023-cü il 16 yanvar tarixində Qardaş Türkiyə Respublikasının Aktau şəhərindəki baş konsulu cənab Sabri Alptekin Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunu ziyarət edərək, Baş Konsulluğun əməkdaşları və Azərbaycanlı iş adamları ilə məhsuldar görüş keçirilmişdir.

2023-cü il 16 yanvar tarixində Qardaş Türkiyənin Aktau şəhərindəki baş konsulu cənab Sabri Alptekin Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunu ziyarət etmiş və Baş konsulluğun əməkdaşları, Azərbaycanlı iş adamları ilə məhsuldar görüş keçirilmişdir. Görüşdə  tədbir iştirakçıları arasında iqtisadi, humanitar, mədəniyyət sahəsində  2 tərəfli, 3 tərəfli (Azərbaycan-Türkiyə-Qazaxıstan) əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılmış və ölkələrimizə sərmayə yatırımlarının təşviqi, qorunması,  birgə iqtisadi  layihələrin həyata keçirilməsi, bölgələrdə Azərbaycan Türkiyə iş adamları birliyinin formalaşdırılması, Türk dilli ölkələrin müxtəlif sahələr üzrə biznes forumlarının Aktau şəhərində keçirilməsi imkanları, eləcə də iş adamlarının qarşılaşdığları çətinliklər, onların həlli yolları və bu istiqamətdə Baş Konsulluqlarımızla əlaqəli şəkildə birgə fəaliyyət məsələləri  müzakirə edilmişdir. Bununla əlaqədar, qardaş Türkiyə Respublikasının Aktau şəhərindəki Baş konsulu cənab Sabri Alptekinə dərin minnətdarlığımızı bildiririk.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti