“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 23 fevral 2023

2023-cü ilin 23 fevral tarixində Baş Konsulluğun başçısı v.i.e Elçin Məmmədovun Aktöbe vilayətinin akimi (qubernatoru) cənab Yeralı Tokjanovla nəzakət görüşü keçirilmişdir.

2023-cü ilin 23 fevral tarixində Aktöbe vilayətinin akimi (qubernatoru) cənab Yeralı Tokjanovla nəzakət görüşü keçirilmişdir. Görüş zamanı iki ölkə arasında yüksək səviyyəli əlaqələr, dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri, mövcud olan müqavilə hüquq bazası, ildən ilə artan ticarət dövriyyəsi, eləcə də xalqlarımız arasında tarixi dostluq əlaqələri barədə danışılmışdır. Sonra regional ticari-iqtisadi, mədəni, humanitar əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyi bildirilmiş və bu istiqamətdə birgə tədbirlərin, bölgə rəhbərlərinin qarşılıqlı səfərlərinin, müxtəlif sahələr üzrə təcrübə mübadiləsinin eləcə də mədəni, elmi layihələrin həyata keçirilməsinin vacibliyi  vurğunlanmışdır. Bununla yanaşı, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində il ərzində Baş Konsulluq tərəfindən həyata keçiriləcək tədbirlər barədə qarşı tərəfə ətraflı məlumat verilmişdir. 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti