“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 28 fevral 2023

2023-cü ilin 28 fevral tarixində Xocalı faicəsinin 31-ci ildönümü ilə əlaqədar "Xocalıya Ədalət" beynəlxalq kompaniyası çərçivəsində Baş Konsulluğun inzibati binasında anım mərasimi keçirilmişdir.

2023-cü ilin 28 fevral tarixində Xocalı faicəsinin 31-ci ildönümü ilə əlaqədar "Xocalıya Ədalət" beynəlxalq kompaniyası çərçivəsində Baş Konsulluğun inzibati binasında anım mərasimi keçirilmişdir. Anım mərasiminində 100-dən artıq qonaq iştirak etmiş və onlar arasında Türkiyə Respublikasının, Türkmənistanın, Özbəkistan Respublikasının Aktau şəhərindəki Baş Konsulluqlarının rəhbərləri və diplomartik heyət üzvləri,  Manqistau vilayətinin Xalq Assambleyasının, Xalq Məsləhət Şurasının, vilayət və şəhər akimliyinin rəhbər şəxsləri, vilayət üzrə fəaliyyət göstərən digər xalqların diaspora nümayəndələri, Azərbaycanlı tələbələr və icma üzvləri, KİV nümayəndələri iştirak etmişdir. Tədbir zamanı Xocalı Faciəsi ilə bağlı qonaqlara ətraflı məlumat verilmiş və faciənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Heydər Əliyev Fondunun vitse prezidenti xanım Leyla Əliyevanın təşəbbüsü ilə yaradılmış Xocalıya Ədalət kampaniyası çərçivəsində görülən işlərdən danışılmışdır. Sonra tədbir iştirakçıları çıxışlarında Xocalı Faciəsini kəskin qınamış, soyqırınmın təkcə Azərbaycan xalqına deyil bütün bəşəriyyətə qarşı yönəldiyini bildirmiş və bu qanlı terror hadisənin törədənlərin tezliklə cəzalandırılmasının tələb olunduğunu vurğulamışlar.     

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti