“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 31 yanvar 2023

2023-cü ilin 31 yanvar tarixində Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunun başçısı v.i.e Elçin Məmmədov Mangistau vilayətinin Xalq Assambleyasının sədri xanım Amangül Abdiqaliyeva ilə nəzakət görüşü keçirmişdir.

2023-cü ilin 31 yanvar tarixində Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunun başçısı v.i.e Elçin Məmmədov Mangistau vilayətinin Xalq Assambleyasının sədri xanım Amangül Abdiqaliyeva ilə nəzakət görüşü keçirmişdir. Görüş zamanı iki ölkə arasındakı yüksək səviyyəli əlaqələrdən, qarşılıqlı səfərlərdən, qurulmuş regional iqtisadi, mədəni, humanitar  əlaqələrdən və mövcud olan inkişaf potensialından danışılmışdır. Sonra Assambleyanın (dostluq evi) nəzdində fəaliyyət göstərən Azərbaycan otağına və digər millətlərin mədəniyyət mərkəzlərinə baxış keçirilmişdir. Azərbaycan otağına Baş Konsulluq adından milli ornamentlərimizi əks etdirən xalça və digər  hədiyyələr, milli suvenirlər təqdim edilmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti