“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 31 yanvar 2023

2023-cü ilin 31 yanvar tarixində Mangistau vilayətinin Maslixatının sədri Nuri Lazaroviç Tumışev və Aktau şəhər Maslixatının sədri Zakenov Sembiqali Tureşoviç ilə görüş keçirilmişdir.

Vilayət və şəhər Məslixatlarının sədrləri ilə keçirilmiş görüşlər zamanı  zamanı iki ölkənin qanunverici orqanları arasında mövcud olan yüksək səviyyəli əlaqələrdən, Parlament rəhbərlərinin, dostluq qruplarının üzvlərinin qarşılı səfərlərindən, Parlament diplomatiyasının əhəmiyyətindən danışılmış və regional əlaqələrin dərinləşməsində  yerli qanunverici və  icra orqanlarının xüsusi rolundan bəhs edilmişdir. Bu xüsusda,  qardaşlaşmış şəhərlər çərçivəsində Aktau və Sumqayıt şəhərlərinin qanunverici orqanlarının nümayəndələrinin qarşılıqlı səfərlərinin həyata keçirilməsinin vacibliyi vurğunlanmış  və bu istiqamətdə Baş Konsullluqla əlaqəli şəkildə birgə müvafiq tədbirlərin görülməsinin zəruriliyi bildirilmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti