“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 20 may 2026

Ayxan Süleymanlı İran İslam Respublikasının yeni baş konsulunu qəbul etmişdir.

May ayının 19-da İran İslam Respublikasının Aktau şəhərinə yeni təyin edilmiş baş konsulu  Cəfər Zamani ilə Ayxan Süleymanlı arasında Baş konsulluqda nəzakət görüşü keçirilmişdir.

A.Süleymanlı C.Zamanini salamlayaraq onu İranın Aktauda baş konsulu vəzifəsinə təyin olunması münasibətilə təbrik etmiş və gələcək fəaliyyətində ona uğurlar arzulamışdır.

Azərbaycan və İran xalqları arasında tarixi, mədəni, dini, eləcə də ənənəvi dostluq və qonşuluq münasibətlərinin qədim tarixi olduğunu söyləyən A.Süleymanlı ölkələrimiz arasında əlaqələrdən, oxşar mədəniyyətimizdən və adət-ənənələrimizdən söz açmış, 2005-2010-cu illər Təbrizdə baş konsul vəzifəsində çalışdığını diqqətə çatdırmış və xoş xatirələrini yada salmışdır. 

C.Zamani qəbula görə təşəkkür etmiş, ölkələrimiz arasında münasibətdən məmnunluq ifadə etmiş, əlaqəli fəaliyyət göstərəcəklərinə əminliyini söyləmişdir.

Görüşdə həmçinin Azərbaycan-İran, Azərbaycan-Qazaxıstan, İran-Qazaxıstan arasında münasibətlərin hazırkı vəziyyəti müzakirə edilmiş, regionda gedən proseslərə dair fikir mübadiləsi aparılmışdır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti