“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 08 fevral 2016

Aktauda Azərbaycan milli mətbəxi nümayiş olunub

Aktau şəhərinin “Xan Şaxar” istirahət və əyləncə sarayında dünya xalqlarının milli mətbəxlərinin nümayişi keçirilib.

Aktauda fəaliyyət göstərən müxtəlif təşkilatların nümayəndələri tərəfindən təşkil olunan tədbirdə 20-dək xalqın milli mətbəxi nümayış etdirilib.

Azərbaycan milli mətbəxinin təşkil olunmasında Aktaudakı baş konsulluğumuz, şəhərdə fəaliyyət göstərən azərbaycanlıların “Viva” şirniyyat evi, “Manqal” “Ayjan”, “Şəms” restoranları yaxından dəstək göstəriblər.

Milli mətbəximizin nümayişi üçün ayrılmış süfrədə plov, dolma, müxtəlif kabablar, həmçinin təndir çörəyi və lavaş, şirniyyatlardan paxlava, şəkərbura iştirakçılara təqdim olunub.

Azərbaycan milli mətbəxinin təqdimatı zamanı ölkəmiz haqqında videoçarx nümayış etdirilib. Həmçinin milli geyimli qızlar Azərbaycan milli rəqslərini ifa ediblər.




İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Aktau

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti