“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 17 aprel 2026

Futzal üzrə Azərbaycanın və Qazaxıstanın milli komandaları Aktau şəhərində yoldaşlıq oyunu keçirmişlər.

Futzal üzrə Azərbaycan millisi qarşıdan gələn dünya çempionatının seçmə mərhələsi oyunlarına hazırlıq məqsədi ilə 13 aprel və 15 aprel tarixlərində Qazaxıstan yığması ilə Aktau şəhərində yoldaşlıq oyunları keçirmişdir.

Futzal üzrə milli komandamız Aktau şəhərinin BS arenasında keçirdiyi beynəlxalq yoldaşlıq oyunlarında Qazaxıstan millisinə  9:2 və 4:2 hesabı ilə məğlub olmuşdur.

Qeyd edək ki, Baş konsul Ayxan Süleymanlı, Baş konsulluğun əməkdaşları və diasporumuzun fəalları BS arenaya gedərək komandamıza dəstək nümayiş etdirmişlər.

Həmçinin Baş konsulluqda baş konsul A.Süleymanlı Azərbaycan Futzal Federasiyasının və komandanın oyunçularının bir qismini qəbul etmişdir. Görüş zamanı baş konsul Aktau şəhərində keçirilən bu oyunların milli komandanın hazırlığında mühüm mərhələ olduğunu qeyd etmiş, oyunçular arasında qarşılıqlı anlaşmanı gücləndirməyə, komanda daxilində əlaqəni artırmağa və rəsmi yarışlara optimal formada hazırlaşmağa imkan verdiyini vurğulamış və komandamıza uğurlar arzulamışdır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti