“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 07 sentyabr 2020

Qazaxıstandan indiyədək 559 azərbaycanlı Vətənə yola salınıb

Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi istiqamətində tədbirlər davam etdirilir. Koronavirus (COVID-19) pandemiyasının yayılma təhlükəsi səbəbindən sərhədlərin bağlanmasına görə müvəqqəti olaraq (xidməti və şəxsi səfərlər ilə əlaqədar) Qazaxıstanda qalan daha 36 vətəndaşımız ölkəmizə göndərilib.

Azərbaycanın Aktaudakı Baş Konsulluğundan AZƏRTAC-a verilən məlumata əsasən, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Merkuri” (11 nəfər), “Professor Gül” (21 nəfər), “Balakən” (4 nəfər) bərə gəmiləri ilə yola salınan vətəndaşların hamısı COVID-19 virusu ilə bağlı testdən keçiblər.

Bu günə qədər Qazaxıstandan ümumilikdə 559 vətəndaşımız gəmi vasitəsilə ölkəmizə yola salınıb.

Xatırladaq ki, Baş Konsulluqda Azərbaycana təxliyəni gözləyən vətəndaşların qeydiyyat prosesi davam etdirilir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti