“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 25 fevral 2016

Aktau şəhərində “Xocalı fəryadı” tamaşası nümayiş olunub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Qazaxıstanın Aktau şəhərində “Xocalı fəryadı” tamaşasının ilk nümayişi olub.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğun mətbuat katibliyi məlumat verib.

Baş konsulluğun təşəbbüsü və dəstəyi ilə azərbaycanlı gənclər tərəfindən hazırlanmış tamaşada ermənilərin dinc Xocalı sakinlərinə qarşı törətdikləri vəhşiliklərdən bəhs olunur. Xocalıda qətlə yetirilən insanların ruhlarının ayağa qalxaraq fəryad etmələri, “Erməni təcavüzünə son!”, “Biz ədalət istəyirik!” şüarları səsləndirmələri tamaşanın əsas məzmununu təşkil edir. Tamaşanın sonunda “Xocalıya ədalət!” mahnısı ifa olunur.



Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti