“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”

Xəbərlər

2023-cü ilin 3 aprel tarixində Manqistau vilayətinin Xalq Assambleyasında vilayət üzrə “İlk qazax dili klubu”nun yaranmasına həsr olunmuş tədbirdə Baş Konsulluğun və Azərbaycan icmasının üzvlərinin iştirakı təmin edilmişdir.
2023-cü ilin 4 aprel tarixində Baş Konsulluğun təşkilatı dəstəyi ilə Azərbaycan icması və Azərbaycanlı iş adamları tərəfindən milli ornamentləri özündə əks etdirən Azərbaycan milli geyimləri Mangistau vilayətinin Xalq Assambleyasının (Dostluq evinin) şərəfli guşəsində yerləşdirilmişdir.
2023-cü ilin 1 aprel tarixində "Yaşıl Həyat" başlığı altında Mangistau Xalq Assembleyası və Dostluq Evi tərəfindən təşkil olunan ağacəkmə kompaniyasında Baş Konsulluğun və Azərbaycan icmasının üzvlərinin iştirakı təmin edilmişdir.
2023-cü ilin 31 mart tarixində Baş Konsulluğun dəstəyi ilə Yesenov adına Dövlət Universitetində Azərbaycan Mərkəzi tərəfindən Azərbaycanlı, qazax və digər millətlərdən olan tələbələrin, eləcə də universitetin rəhbərliyi və müəllim heyətinin iştirakı ilə "31 mart Azərbaycanlıların soyqırımı" ilə bağlı anım mərasimi keçirilmişdir.
2023-cü ilin 30 mart tarixində Aktau şəhərində fəaliyyət göstərən Gürcü icmasının rəhbəri, Aktau şəhər Məsləhət Şurasının deputatı Natroşvili Arçil Şotaeviç Baş Konsulluğu ziyarət etmişdir.
2023-cü ilin 28 mart tarixində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəis müavini general mayor cənab Natiq Abuzerlinin rəhbərlik etdiyi nümayəndə heyəti və Qazaxıstan Respublikasının Sərhəd Xidmətinin rəisi vəzifəsini icra edən cənab Ulanbek Berdibojayeviç Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunu ziyarət etmişlər.
2023-cü ilin 22 mart tarixində Baş Konsulluğun dəstəyi və Aktau şəhərində fəaliyyət göstərən Azərbaycanlı icma üzvləri, iş adamlarının təşkilati texniki yardımı ilə dənizkənarı bulvarda keçirilliş Novruz yurdu tədbiri keçirilmişdir.
2023-cü ilin 17 mart tarixində Yesenov Universitetində Baş Konsulluğun və həmin universitetdə fəaliyyət göstərən Azərbaycan Mərkəzinin təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilmişdir.
2023-cü ilin 16 mart tarixində Aktau şəhərində fəaliyyət göstərən Ukrayna icması tərəfindən təşkil olunmuş xalq şairi Taras Şevçenkonun yubileyi və Ukrayna günü ilə bağlı xeyriyyə tədbirində Baş Konsulluğun və Azərbaycanlı icma fəallarının iştirakı təmin edilmişdir.
2023-cü ilin 15 mart tarixində Mangistau vilayətinin Polis Departamentinin rəisi, general mayor cənab Ayan Dyusunbayevlə geniş tərkibli (qərargah rəisinin, vilayət üzrə migrasiya xidmətinin, cinayət axtarışın, daxili nəzarətin, yol polisinin rəhbərlərinin iştirakıı ilə) məhsuldar görüş keçirilmişdir.
2023-cü ilin 13 mart tarixində Mangistau vilayət Qubernatorluğunun təşkilatçılığı ilə keçirilən "Türk Dilli Xalqların Milli Birliyi" konfransında, eləcə də Ağsaqqallar Günü və Amal Günü (yazın gəlişi) tədbirində Baş Konsulluğun iştirakı təmin edilmişdir.
2023-cü ilin 8 mart tarixində Beynəlxalq Qadınlar günü münasibəti ilə Manqistau vilayətinin Xalq Assambleyasının, Mangistau Media Holdinqin, Mangistau vilayət Qubernatorluğunun, şəhər meriyasının, vilayət və şəhər hüquq mühafizə orqanlarının və digər yerli icra orqanlarının qadın kollektivi Baş Konsulluq adından bayram münasibəti ilə təbrik edilmişdir.
2023-cü ilin 8 mart tarixində Beynəlxalq Qadınlar günü münasibəti ilə Yesenov adına dövlət Universitetində fəaliyyət göstərən Azərbaycan Mərkəzində tədbir keçirilmişdir
2023-cü ilin 7 mart tarixində Baş Konsulluğun başçısı v.i.e Elçin Məmmədovun Manqistau vilayətinin akimi (qubernatoru) cənab Nurlan Noqayevlə nəzakət görüşü keçirilmişdir.
2023-cü ilin 1 mart tarixində Qazaxıstan Respublikasında keçirilən xeyriyyə günü ilə əlaqədar Atırau şəhərində fəaliyyət göstərən əlil uşaqlar üçün nəzərdə tutulmuş uşaq evində təşkil edilmiş xeyriyyə tədbirində Baş Konsulluğun, eləcə də Azərbaycan icmasının üzvlərinin iştirakı təmin edilmişdir.
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti