Konsulluq uçotu

Konsulluq dairəsində daimi və ya müvəqqəti yaşayan və ya həmin ölkələrə səfər edən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının konsulluğunda konsulluq qeydiyyatına alınmaları tövsiyə olunur.

Azərbaycan Respublikası vətəndaşının konsulluq uçotuna düşməsi, ona aşağıda qeyd olunan faydaları vardır:

təxirəsalınmaz hallarda vətəndaşa konsulluq yardımı göstərmək;

Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlər itdiyi və ya oğurlandığı halda, onların geri qayıtmasını asanlaşdırmaq;

xarici ölkədə immiqrasiya məsələləri ilə bağlı digər hüquqi və konsulluq yardımı göstərmək;

Azərbaycan icması üçün təşkil olunan tədbirlər barədə məlumatlandırmaq, Azərbaycanda baş verən hadisələr və məlumatlarla tanış etmək.

Konsulluq uçotu Azərbaycan Respublikası vətəndaşına hər hansı bir hərəkəti etmək vəzifəsinin yaranması və ya məsuliyyətə cəlb olunmaq üçün səbəb yaratmır.

Arxiv üzrə axtarış