COVID 19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasına giriş qaydaları

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2021-ci il 16 iyun tarixli 173 nömrəli, 22 iyun tarixli 177 nömrəli, 02 avqust tarixli 231 nömrəli, 03 sentyabr tarixli 251 nömrəli və 15 oktyabr tarixli 313 nömrəli Qərarları ilə

Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə”

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında edilmiş müvafiq əlavə və dəyişikliklərə əsasən

vətəndaşlarına və burada daimi yaşayan digər ölkə vətəndaşlarına, habelə vətəndaşlığı olmayan şəxslərə hava nəqliyyatı vasitəsilə

Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilən ölkələrin

SİYAHISI:

  1. Rusiya Federasiyası
  2. Türkiyə Respublikası
  3. Amerika Birləşmiş Ştatları
  4. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı
  5. Macarıstan
  6. İsrail Dövləti
  7. Birləşmiş Ərəb Əmirlikləri
  8. Bəhreyn Krallığı
  9. Qətər Dövləti
  10. Almaniya Federativ Respublikası
  11. Avstriya Respublikası
  12. Belçika Krallığı
  13. Çex Respublikası
  14. Danimarka Krallığı
  15. İrlandiya Respublikası
  16. İspaniya Krallığı
  17. İsveç Krallığı
  18. İsveçrə Konfederasiyası
  19. Kanada
  20. Lüksemburq Böyük Hersoqluğu
  21. Malta Respublikası
  22. Niderland Krallığı
  23. Polşa Respublikası
  24. Portuqaliya Respublikası
  25. Serbiya Respublikası
  26. Sinqapur Respublikası
  27. Sloveniya Respublikası
  28. Slovakiya Respublikası
  29. Yunanıstan Respublikası
  30. Çin Xalq Respublikası
  31. Estoniya Respublikası
  32. Finlandiya Respublikası
  33. Fransa Respublikası
  34. Xorvatiya Respublikası
  35. İslandiya Respublikası
  36. İtaliya Respublikası
  37. Latviya Respublikası
  38. Litva Respublikası
  39. Malayziya
  40. Səudiyyə Ərəbistanı Krallığı
  41. Yaponiya
  42. Çin Xalq Respublikasının xüsusi inzibati ərazisi olan Honq-Konq
  43. Argentina Respublikası
  44. Avstraliya İttifaqı
  45. Braziliya Federativ Respublikası
  46. Bruney-Darüssalam
  47. Cənubi Koreya Respublikası
  48. Çili Respublikası
  49. Ekvador Respublikası
  50. Kamboca Krallığı
  51. Kosta Rika Respublikası
  52. Kuba Respublikası
  53. Küveyt Dövləti
  54. Qazaxıstan Respublikası
  55. Maldiv Respublikası
  56. Meksika Birləşmiş Ştatları
  57. Mərakeş Krallığı
  58. Monqolustan
  59. Monteneqro
  60. Norveç Krallığı
  61. Oman Sultanlığı
  62. Panama Respublikası
  63. Salvador
  64. Uruqvay Şərq Respublikası
  65. Yeni Zelandiya
  • yaşı 18-dən yuxarı olan şəxslərə münasibətdə yalnız COVID-19 pasportu – COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;
  • 1-18 yaş arasında olan şəxslərə münasibətdə – yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;
  • Azərbaycan Respublikasını tərk edərkən onlardan COVID-19-a dair PCR testi tələb olunmur;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 24 iyul tarixli 223 nömrəli Qərarı ilə “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da

2021-ci il 28 iyul tarixli 230 nömrəli Qərarı ilə “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında edilmiş dəyişikliklərə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin aşağıdakı şərtlərlə Azərbaycan Respublikasına uçuşlar icra edən bütün aviadaşıyıcıların reyslərinə qəbul edilməsi həyata keçirilir və hava nəqliyyatı vasitəsilə Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir:

  1. yaxın qohumu Azərbaycan Respublikasının vətəndaşı (valideynlərindən biri, bacısı, qardaşı, əri, arvadı və ya övladı, babası, nənəsi və nəvəsi) olan sərnişinlər, o cümlədən belə sərnişinlərin ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları)qohumluq dərəcəsini təsdiq edən sənəd və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;
  2. Diplomatik pasport sahibləri;
  3. Azərbaycan Respublikasında xarici ölkələrin diplomatik nümayəndəliklərinin və konsulluqlarının rəhbərləri, əməkdaşları və onların ailə üzvləri;
  4. Azərbaycan Respublikasında iş icazəsi olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;
  5. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər və onların ailə üzvləri (arvadı, əri, himayəsində olan valideynləri və 18 yaşına çatmamış uşaqları, habelə 18 yaşına çatmış sağlamlıq imkanları məhdud uşaqları);
  6. Ölkəyə girişinə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi icazə verilmiş sərnişinlər;
  • müvafiq təsdiqedici sənədlər və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;
  • 1 yaşınadək uşaqlar üçün COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur;

Arxiv üzrə axtarış