İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR
Qazaxıstan Respublikası
İkitərəfli münasibətlər
İki ölkə arasında diplomatik münasibətlər 30 avqust 1992-ci ildə qurulmuşdur. Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi 9 yanvar 1993-cü il tarixində, Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Səfirliyi 1 mart 2004-cü il tarixində fəaliyyətə başlamışdır. Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı səfiri Rəşad Məmmədovdur. Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğu 6 sentyabr 2008-ci il tarixində fəaliyyətə başlamışdır.
Yüksək səviyyəli səfərlər və görüşlərin xronologiyası
Dövlət başçıları
1996-cı il 16-17 sentyabr – Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Azərbaycana rəsmi səfər etmişdir.
1997-ci il 10 iyun – Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Qazaxıstana rəsmi səfər etmişdir.
1998-ci il 9-10 iyun – Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Qazaxıstana işgüzar səfər etmişdir (Türkdilli Dövlət Başçılarının V Zirvə toplantısı və Qazaxıstanın yeni paytaxtı Astana şəhərinin açılış mərasimi).
2000-ci il 7 aprel – Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Azərbaycana rəsmi səfər etmişdir.
2004-cü il 1-2 mart – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstana rəsmi səfər etmişdir.
2005-ci il 24-25 may – Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Azərbaycana rəsmi səfər etmişdir.
2006-cı il 16-17 iyun – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstana işgüzar səfər etmişdir (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 2-ci Zirvə görüşü).
2007-ci il 7-8 avqust – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstana rəsmi səfər etmişdir.
2008-ci il 4-6 iyul – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstana səfər etmişdir.
2009-cu il 11 sentyabr – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstana səfər etmişdir (Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev, Rusiya Federasiyasının Prezidenti Dimitri Medvedyev və Türkmənistan Prezidenti Qurbanqulı Berdımuxamedovla qeyri-rəsmi görüş).
2009-cu il 2-3 oktyabr – Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Azərbaycana işgüzar səfər etmişdir (Türkdilli Ölkələrin Dövlət Başçılarının Zirvə görüşü).
2010-cu il 18 noyabr – Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Azərbaycana işgüzar səfər etmişdir (Xəzəryanı Ölkələrin Dövlət Başçılarının III Zirvə Toplantısı).
2010-cu il 30 noyabr-2 dekabr – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstana işgüzar səfər etmişdir (ATƏT-in 7-ci Sammiti).
2011-ci il 19-20 oktyabr – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstana rəsmi səfər etmişdir.
2013-cü il 14-16 avqust – Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Azərbaycana işgüzar səfər etmişdir (Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Sammiti).
2014-cü il 4 iyun – Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısında iştirak etmək məqsədilə Bodrumda səfərdə olan Azərbaycan Respublikası Prezidenti İlham Əliyev ilə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev arasında ikitərəfli görüş keçirilmişdir.
2015-ci il 10-11 sentyabr – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstana işgüzar səfər etmişdir (Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Sammiti). Səfər çərçivəsində 11 sentyabr 2015-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev ilə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev arasında ikitərəfli görüş keçirilmişdir.
2015-ci il 16 oktyabr – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstana işgüzar səfər etmişdir (MDB iştirakçı dövlətlərinin Dövlət Başçıları Şurasının iclası, Akmalinskaya vilayəti, Burabay qəsəbəsi).
Hökumət başçıları
1998-ci il 23-24 oktyabr – Qazaxıstan Respublikasının Baş naziri Nurlan Balqımbayev Azərbaycana rəsmi səfər etmişdir.
1999-cu il 21-22 oktyabr – Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Qazaxıstana rəsmi səfər etmişdir.
2000-ci il 26-28 aprel – Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Qazaxıstana işgüzar səfər etmişdir (Ümumdünya İqtisadi Forumunun (Davos forumu) himayəsi altında keçirilmiş beynəlxalq “Avrasiya – 2000” iqtisadi sammiti).
2006-cı il 11 yanvar – Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Qazaxıstana işgüzar səfər etmişdir (Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin andiçmə mərasimi).
2006-cı il 5 may – Qazaxıstan Respublikasının Baş naziri Daniyal Axmetov Azərbaycana işgüzar səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatının 9-cu Zirvə Görüşü).
2007-ci il 3-4 aprel – Qazaxıstan Respublikasının Baş naziri Kərim Masimov Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.
12-28 iyun 2015-ci ildə Qazaxıstan Respublikasının Baş naziri Kərim Masimov Azərbaycana səfər etmişdir (“Baku-2015” İlk Avropa Oyunlarının açılış mərasimi).
Xarici işlər nazirləri
1999-cu il 18-21 may – Qazaxıstan Respublikasının xarici işlər naziri Kasımjomart Tokayev Azərbaycana işgüzar səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin görüşü).
1999-cu il 14-15 sentyabr – Azərbaycan Respublikasının xarici işlər naziri Tofiq Zülfüqarov Qazaxıstana işgüzar səfər etmişdir (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə).
2007-ci il 27-28 fevral – Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstana rəsmi səfər etmişdir.
2010-cu il 14-15 fevral – Qazaxıstan Respublikasının xarici işlər naziri Kanat Saudabayev Azərbaycana səfər etmişdir.
2010-cu il 16-17 iyul – Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstana işgüzar səfər etmişdir (ATƏT-ə üzv dövlətlərin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü).
2011-ci il 27-28 iyun – Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstana işgüzar səfər etmişdir (İslam Konfransı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 38-ci sessiyası).
2013-cü il 14-16 avqust – Qazaxıstan Respublikasının xarici işlər naziri Yerlan İdrisov Azərbaycana işgüzar səfər etmişdir (Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Sammiti).
2015-ci il 10-11 sentyabr – Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstana işgüzar səfər etmişdir (Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Sammiti).
2015-ci il 16 oktyabr – Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstana işgüzar səfər etmişdir (MDB iştirakçı dövlətlərinin Dövlət başçıları Şurasının iclası, Akmalinskaya vilayəti, Burabay qəsəbəsi).
Parlamentlərarası əlaqələr
2008-ci il 17-18 iyun – Qazaxıstan Respublikasının Parlament Senatının Sədri Kasımjomart Tokayev Azərbaycan Respublikasına işgüzar səfər etmişdir (Azərbaycan Respublikası Parlamentinin 90 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak məqsədilə).
2009-cu il 29 sentyabr – Qazaxıstan Respublikasının Parlament Məclisinin Sədri Ural Muxamedjanov Azərbaycan Respublikasına işgüzar səfər etmişdir (Azərbaycan Respublikasının Milli Məclisində keçirilmiş Türkdilli Ölkələrin Parlament Assambleyasının birinci ümumi iclası).
2011-ci il 27-28 aprel – Azərbaycan Respublikasının Milli Məclisinin Sədri Oqtay Əsədov Qazaxıstan Respublikasına işgüzar səfər etmişdir (Türkdilli Ölkələrin Parlament Assambleyasının II iclası).
2012-ci il 7-9 iyun – Qazaxıstan Respublikasının Parlament Senatının Sədri Kayrat Mami Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.
2014-cü il 19-22 fevral – Qazaxıstan Respublikasının Parlament Məclisinin Sədri Nurlan Niqmatulin Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.
2014-cü il 13 iyun – Qazaxıstan Respublikasının Parlament Məclisinin Sədri Kabibulla Djakupov Azərbaycan Respublikasına işgüzar səfər etmişdir (Türkdilli Ölkələrin Parlament Assambleyası Şurasının beşinci iclası). Səfər çərçivəsində Azərbaycan Respublikasının Milli Məclisinin Sədri Oqtay Əsədov ilə Qazaxıstan Respublikasının Parlament Məclisinin Sədri Kabibulla Djakupov arasında ikitərəfli görüş keçirilmişdir.
2015-ci il 2-4 dekabr – Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Qazaxıstan Respublikasına işgüzar səfər etmişdir (Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) VI plenar iclası). Tədbirin sonunda Astana Bəyannaməsi qəbul edilmişdir. Səfər çərçivəsində Oqtay Əsədov Qazaxıstan Respublikası Parlament Məclisinin Sədri Kabibulla Djakupov ilə görüşmüşdür.
Azərbaycan Respublikası Milli Məclisində fəaliyyət göstərən Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Adil Əliyevdir.
Qazaxıstan Parlamenti Məclisində fəaliyyət göstərən Azərbaycanla əməkdaşlıq üzrə qrupun rəhbəri Omarxan Oksikbayevdir.
Mədəniyyət, humanitar və digər sahələrdə əməkdaşlıq
Səfərlər
14-15 iyul 2004-cü ildə Azərbaycan Respublikasının mədəniyyət naziri Polad Bülbüloğlu TÜRKSOY təşkilatının XXI iclasında iştirak etmək üçün Astanada səfərdə olmuşdur.
1-2 iyun 2010-cu ildə Qazaxıstan Respublikasının səhiyyə naziri Jaksılık Doskaliyev İİV və QİÇS məsələləri üzrə Azərbaycan və Mərkəzi Asiya ölkələrinin V parlamentlərarası konfransında iştirak etmək üçün Bakıda səfərdə olmuşdur.
29 sentyabr-1 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev İqtisadi Əməkdaşlıq Təşkilatının səhiyyə nazirlərinin III sessiyasında iştirak etmək üçün Astanada səfərdə olmuşdur.
18-21 noyabr 2012-ci ildə Qazaxıstan Respublikasının mədəniyyət və informasiya naziri Darxan Mınbay Bakıda səfərdə olmuşdur.
4-5 iyun 2014-cü ildə Qazaxıstan Respublikasının fövqəladə hallar naziri Vladimir Bozhkonun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına səfər etmişdir.
28 iyun 2014-cü ildə Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Ş.Mustafayevin rəhbərlik etdiyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AzPromo) prezidenti R.Məmmədovun və 26 şirkəti təmsil edən iş adamlarının da daxil olduğu 45 nəfərlik nümayəndə heyəti “Azərbaycan-Qazaxıstan Biznes Forumu”nda və “MorPort Aktau” Azad İqtisadi Zonasında “Azərsun İstehsal və Logistik Mərkəzi”nin tikintisi ilə bağlı təməlqoyma mərasimində iştirak etmək məqsədilə Aktau şəhərində səfərdə olmuşdur.
24-26 aprel 2015-ci ildə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov başçılıq etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasında keçirilmiş növbədənkənar Prezident seçkilərini müşahidə etmək məqsədilə Qazaxıstanda səfərdə olmuşdur.
29 may 2015-ci ildə Qazaxıstan Respublikasının Akmalinskaya vilayəti, Burabay qəsəbəsində MDB iştirakçı dövlətlərinin Baş nazirlərinin növbəti toplantısında Azərbaycan Respublikasını Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil etmişdir.
9-11 iyun 2015-ci ildə Astana şəhərində Dünya və ənənəvi dini liderlərin V qurultayında Azərbaycan Respublikasını Qafqaz Müsəlmanları idarəsinin rəhbəri, Şeyxülislam Haci Allahşükür Paşazadə və Prezidentin mədəniyyətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşaviri Kamal Abdulla iştirak etmişdir. Səfər zamanı rəsmi qonaqların Qazaxıstan Respublikasının Prezidenti N.Nazarbayev ilə görüşü baş tutmuşdur.
13-15 iyul 2015-ci ildə Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik S.A.Jasuzakovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına səfər etmişdir.
13-15 iyul 2015-ci ildə Qazaxıstan Respublikası müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi S.Jasuzakovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına rəsmi səfər etmişdir. Səfər çərçivəsində Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi N.Sadıqov ilə S.Jasuzakov arasında görüş keçirilmiş, Azərbaycan və Qazaxıstan Silahlı Qüvvələrinin Baş qərargahları arasında əməkdaşlıq haqqında niyyət protokolu imzalanmışdır.
22-23 oktyabr 2015-ci ildə Astana şəhərində keçirilmiş MDB iştirakçı dövlətlərinin yaradıcı ziyalılarının və elm xadimlərinin X Forumunda Azərbaycan Respublikasını təhsil naziri M.Cabbarov başçılıq etdiyi nümayəndə heyəti təmsil etmişdir.
3-5 noyabr 2015-ci ildə Azərbaycan Respublikasının müdafiə naziri Z.Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasında rəsmi səfərdə olmuşdur.
Mədəni və humanitar tədbirlər
2 oktyabr 2009-cu ildə “Sumqayıt şəhəri (Azərbaycan Respublikası) və Aktau şəhəri (Qazaxıstan Respublikası) arasında qardaşlaşmış şəhər münasibətlərinin yaradılması haqqında Birgə Bəyannamə” imzalanmışdır.
8-10 iyun 2012-ci ildə Qazaxıstanda Azərbaycan mədəniyyət günləri keçirilmişdir.
18-21 noyabr 2012-ci ildə Azərbaycanda Qazaxıstan mədəniyyət günləri keçirilmişdir
29 may - 1 iyun 2013-cü ildə Atırau şəhər akimi (meri) S.K.Aydarbekovun rəhbərliyi ilə Qazaxıstan nümayəndə heyətinin Azərbaycana səfəri olmuşdur. Səfər zamanı nümayəndə heyəti Şirvan şəhərinə səfər etmiş və Şirvan şəhəri ilə Atırau şəhəri arasında qardaşlaşmış şəhər münasibətlərinin qurulması barədə Birgə Bəyannamə imzalanmışdır (31 may 2013-cü il).
8 aprel 2015-ci ildə Qazaxıstanın “Astana Balet” teatrının kollektivi “Şərq rapsodiyası” adlı proqramla Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çıxış etmişdir.
6 may 2015-ci ildə Baş konsulluq “Azərbaycanın Qazaxıstanda biznes investisiyası Assosiasiyası” (ABİA) və “Renaissance Atyrau” otelinin təşkilatçılığı ilə “Renaissance Atyrau” otelində Azərbaycan mədəniyyət günü tədbiri keçirilmişdir.
2015-ci ilin sentyabrında Aktau şəhərinin 6 saylı orta məktəbində azərbaycanlı gənclər üçün azərbaycan dilinin, ədəbiyyatının və tarixinin tədqiqi ilə bağlı “Bazar günü” məktəbi fəaliyyətə başlamışdır
14 sentyabr 2015-ci ildə Almatı şəhərində M.Auezov adına Qazaxıstan Dövlət Akademik Dram Teatrında “Almatı-2015 İslam mədəniyyəti paytaxtı” çərçivəsində keçirilmiş Beynəlxalq festivalda ölkəmizi Fikrət Əmirov adına Azərbaycan Dövlət mahnı və rəqs ansamblı təmsil etmişdir. Ansambl festivalda uğurlu çıxışına görə Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyinin xüsusi diplomu ilə təltif edilmişdir.
Müqavilə-hüquq bazası
Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 100-dən artıq
sənəd imzalanmışdır.
Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Səfirliyinin rəsmi internet səhifəsi: astana.mfa.gov.az
Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunun rəsmi internet səhifəsi: aktau.mfa.gov.az