2016-02-22

Aktauda Xocalı soyqırımına həsr olunan “Biz ədalət istəyirik” mövzusunda rəsm müsabiqəsi keçirilir

Qazaxıstanın Aktau şəhərində uşaq və yeniyetmə rəssamlar arasında Xocalı soyqırımına həsr olunan “Biz ədalət istəyirik” mövzusunda rəsm müsabiqəsi keçirilir.

1news.az-ın məlumatına görə, müsabiqə Azərbaycanın Aktau şəhərindəki Baş konsuluğu tərəfindən İKT Gənclər Forumunun sivilizasiyaların alyansı üzrə baş əlaqələndiricisi, Heydər Əliyev fondunun Rusiya nümayəndəliyinin sədri Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən“Xocalıya Ədalət” kompaniyası çərçivəsində təşkil olunub.

Rəsm müsabiqəsində Aktau şəhərinin və ətraf rayonların beş rəssamlıq məktəbindən 300 yaxın yeniyetmə iştirak edir.

Qazaxıstan Respublikası Rəssamlar İttifaqının üzvləri Aymurat Tanatov və Tınışbek Baltabayevin, həmçinin Baş konsulluğun rəhbəri Elxan Zeynalovun daxil olduğu münsiflər heyəti tərəfindən müsabiqədə iştirak edəcək rəsmlər qiymətləndiriləcək, 8-11, 12-14 və 15-19 yaş qruplarında 1-ci, 2-ci və 3-cü yerlər müəyyənləşdiriləcəkdir. Ən yaxşı rəsm isə müsabiqənin qran-pri mükafatına layiq görüləcək.

Qaliblər Baş konsulluq tərəfindən fəxri fərmanlar, Azərbaycanla bağlı kitablar və hədiyyələrlə mükafatlandırılacaqlar.

 

1news.az

Arxiv üzrə axtarış