2016-02-24

Aktauda “Biz ədalət tələb edirik!” adlı rəsm müsabiqəsinə yekun vurulub

İKT Gənclər Forumunun sivilizasiyaların alyansı üzrə baş əlaqələndiricisi, Heydər Əliyev fondunun Rusiya nümayəndəliyinin sədri Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya Ədalət” kampaniyası çərçivəsində Aktau şəhərində uşaq və yeniyetmə rəssamlar arasında “Biz ədalət tələb edirik!” mövzusunda keçirilmiş rəsm müsabiqəsinə yekun vurulub. 


Rəsm müsabiqəsində Aktau şəhərinin məktəblərindən 300-ə yaxın yeniyetmənın rəsmləri təqdim olunub. 

Müsabiqənin yekununa görə, 7-9 yaşlı uşaqlar arasında qalib Abıl adına Qazax İncəsənət məktəbinin şagirdi Şanşarxan Raxmatulla, 10-13 yaşlılar arasında “Darın” Uşaq inkişafı Mərkəzinin şagirdi Akbota Berdıkojakızı və 14-19 yaşlılar arasında isə Aktau Dövlət Uşaq İncəsənət məktəbinin şagirdi Dana Musina qalıb gəlmişlər. Bundan əlavə hər yaş qurupundan daha iki nəfər 2-ci və üç nəfər 3-cü yerlərə layiq görülüblər. 

Müsabiqənin qran-pri mükafatına “Önər” Art-Qaleleriyasının şagirdi Ləzzət Nurqamanbetovanın “Помним, любим, скорбим!» rəsmi layiq görülüb. 

Müsabiqədə iştirak etmiş rəsmlər Aktau şəhərinin “Önər” Art-Qaleleriyasının Sərgi salonunda nümayiş etdiriləcək. 

Qaliblər bu gün Baş konsulluq tərəfindən Xocalıya ədalət kampaniyası çərçivəsində 24 fevral tarixində keçirilən anım mərasimində fəxri fərmanlarla təltif olunublar.














Arxiv üzrə axtarış