2016-06-01

Azərbaycanın Aktaudakı Baş konsulluğunda Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib

Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğunda 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Aktau şəhərinin 6 saylı məktəbində fəaliyyət göstərən Azərbaycan dilinin, ədəbiyyatının və tarixinin tədrisi üzrə “Bazar günü məktəbi”nin şagirdləri, azərbaycanlı uşaqlar və onların valideynləri iştirak ediblər.

Tədbiri Baş konsulluğun rəhbəri Elxan Zeynalov açaraq ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından danışıb. O, ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycanda uşaqlarla bağlı həyata keçirilən dövlət siyasəti, “Uşaq hüquqları haqqında” Qanunun qəbul olunması barədə məlumat verib, Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən uşaqlara göstərilən diqqət və qayğıdan danışıb.

Daha sonra uşaqlar arasında rəsm, şeir və musiqi müsabiqələri keçirilib, qaliblər Baş konsulluğun xatirə hədiyyələri və Azərbaycan haqqında kitablarla mükafatlandırılıblar.


İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Aktau

Arxiv üzrə axtarış