2016-10-03
Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki Baş konsulluğunda seçkilər uğurla keçirilib
Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə keçirilən referendumla əlaqədar ölkəmizin Qazaxıstandakı səfirliyində, eləcə də Almatı və Aktau şəhərlərində yaradılan seçki məntəqəsində yerli vaxtla səhər saat 8:00-da səsverməyə start verilib. Səsvermə prosesi Azərbaycan Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılır. Artıq səfirlikdə 5nəfərdən ibarət komissiya öz işini davam etdirir. Keçirilən seçkilər seçici fəallığı ilə müşahidə olunur. Burada təşkil edilən məntəqə lazımi əyani vəsaitlərlərlə təmin edilib, məntəqə seçki komissiyasının bir neçə iclası keçirilib. Astana şəhərində 1076, Almatıda 366, Aktauda isə 1473 nəfər konsulluq qeydiyyatında olan Azərbaycan vətəndaşı ümumxalq səsverməsi, habelə Konstitusiya Aktı layihəsi barədə məlumatlandırılıb. Səsvermə prosesi Seçki Məcəlləsinin tələblərinə uyğun aparılır. Səsvermə hüququna malik onlarla vətəndaşlarımız referendumda iştirak etdi və seçki hüquqlarını sərbəst şəkildə ifadə etdilər. Qeyd edək ki, məntəqələrdə burada səs verənlərin siyahısı tərtib olunub, məntəqə seçki komissiyasının bir neçə dəfə iclası keçirilib. Xatırladaq ki, xarici ölkələrdəki diplomatik missiyalarımızın əməkdaşları və onların səsvermə hüququna malik ailə üzvləri, ölkəmizin hüdudlarından kənarda daimi və müvəqqəti yaşayan vətəndaşların ümumxalq səsverməsində iştirakının və seçki hüququnun təmin olunması üçün xaricdə 38 seçki məntəqəsi yaradılıb.