2016-12-12

Xarici işlər naziri Elmar Məmmədyarov Fransanın ATƏT-in Minsk Qrupundakı həmsədri Stefan Viskonti ilə görüşüb

 

Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinin intensivləşdirilməsi və mövcud vəziyyətin dəyişdirilməsi barədə fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov Azərbaycanın ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birlikdə münaqişənin substantiv danışıqlar yolu ilə həlli üzrə səylərini davam etdirəcəyini bildirdi

Arxiv üzrə axtarış