2016-12-12

Xarici işlər naziri Elmar Məmmədyarovun Ermənistan tərəfinin Hamburq görüşü ilə əlaqədar açıqlamalarına münasibəti

 

Bu kimi açıqlamalar Ermənistanın münaqişənin həlli üzrə aparılan danışıqların və ATƏT Minsk Qrupunun həmsədrlərinin səylərinin pozulmasına yönəlmiş addımlarıdır.

Azərbaycan tərəfi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin xarici işlər nazirlərinin son bəyanatında qeyd olunduğu kimi, həmsədrlərlə birlikdə münaqişənin substantiv danışıqlar yolu ilə həlli üzrə səylərini davam etdirəcəkdir.

Biz Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin təmin olunacağına əminik”

Arxiv üzrə axtarış