2016-12-20
Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Vladimir Putinə
Hörmətli Vladimir Vladimiroviç,
Rusiya Federasiyasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Andrey Gennadyeviç Karlovun faciəli ölümü barədə xəbər məni dərindən sarsıtdı.
Biz bu qanlı terror cinayətini qətiyyətlə və qeyd-şərtsiz pisləyirik. Sizə, həlak olmuş səfirin ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 19 dekabr 2016-cı il.