2017-10-24

İlham Əliyev İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşündə xüsusi qonaq qismində iştirak edib

İstanbulda İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) “Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında IX Zirvə görüşü keçirilib.

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə xüsusi qonaq qismində Zirvə görüşündə iştirak edib.

Əvvəlcə birgə foto çəkdirildi.

Zirvə görüşü müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başladı.

İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının - D-8-in baş katibi Seyid Ali-Mohammad Musəvi Zirvə görüşünü açıq elan edərək tədbirin əhəmiyyətindən danışdı.

D-8 təşkilatının hazırkı sədri, Pakistanın Baş naziri Şahid Xaqan Abbasi qurumun müasir dövrdə fəaliyyətinin daha da genişləndirilməsində üzv ölkələrin səylərinin gücləndirilməsinin vacibliyini vurğuladı. Qeyd etdi ki, Pakistan D-8 təşkilatına sədrliyi dövründə bu qurumun möhkəmlənməsinə və inkişafına çalışıb. Məhz bu dövrdə D-8 BMT-də müşahidəçi statusu əldə edərək beynəlxalq səviyyədə mövqeyini gücləndirib. Pakistanın Baş naziri dedi ki, qurumun üzvləri 20 il ərzində iqtisadiyyat, ticarət, nəqliyyat, turizm və digər sahələrdə əlaqələri inkişaf etdiriblər.

http://az.president.az/articles/25590 

Arxiv üzrə axtarış