2018-04-03

Azərbaycanda prezident seçkilərində 5641 seçki məntəqəsi fəaliyyət göstərəcək

Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkilərində fəaliyyət göstərəcək seçki məntəqələrinin sayı məlum olub.

Mərkəzi Seçki Komissiyasından Trend-ə verilən məlumata görə, seçicilərin səs verməsi üçün 5426 daimi, 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərəcək.

Ümumilikdə respublikada 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsi seçicilərin səs verməsi üçün açıq olacaq.

https://az.trend.az/azerbaijan/politics/2880339.html 

Arxiv üzrə axtarış