Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını rəhbər tutaraq, o cümlədən Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 97-ci il dönümü və İkinci Dünya müharibəsində Qələbənin əldə olunmasının 75-ci il dönümü münasibətilə Baş konsulluq tərəfindən Aktau şəhərində yaşayan azərbaycanlı gənclər ilə 13 may 2020-ci il tarixində video konfrans keçirilmişdir.