2020-03-02
Сari ilin 28 fevral tarixində Aktau şəhərində fəaliyyət göstərən Ş.Yesenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Universitetində görüş keçirilmişdir.
Görüşdə, Beynəlxalq beynəlxalq əlaqələr fakültəsinin tələbələri iştirak etmişlər.
Tədbiri Baş konsulluğun başçısı v.i.e. Elmar Məmmədov açıq elan edərək, 26 fevral 1992-ci il tarixində, gecə saatlarında, Xocalı şəhərində ermənilər tərəfindən törədilən soyqırım haqqında məlumat vermiş və bu cinayətin dünya ictimaiyyətinə çatdırılmasını bildirmişdir. Bu xüsusda, son illərdə Azərbaycan dövləti tərəfindən aparılan işlər, tədbir iştirakçılarının diqqətinə təqdim edilmişdir.
Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyevin Qazaxıstanın birinci prezidenti “Yelbası” Nursultan Nazarbayevlə olan dostluq münasibətindən, xalqlarımızın müstəqillik uğrunda aparılan mübarizəsindən və onun saxlanılması üçün beynəlxalq arenada diplomatik münasibətlərin gücləndirilməsini vacib olduğunu gənc nəsilə bildirmişdir.
Bununla yanaşı, iki ölkə arasında olan siyasi və iqtisadi münasibətlərdən, Azərbaycanın tarixindən, mədəniyyətindən, iqlimindən və turizm potensialından qısa məlumat verilmişdir. Tələbələr tərəfindən konsulluq məsələləri və beynəlxalq münasibətlər barədə verilən müxtəlif suallar tərəfimizdən cavablandırılmışdır.
Xocalı soyqırımına və ermənilərin Azərbaycan xalqına qarşı apardığı siyasətindən, “ASALA” terror təşkilatından, o cümlədən, “Daşnak” partiyasının çirkin işlərindən məlumat verilmiş, müvafiq kitablar, jurnallar və broşurlar paylanmışdır.
Daha sonra, keçən əsrin sonunda baş vermiş hadisələrin təkrarlanmaması və bunun qarşısının alınması üçün beynəlxalq aləmin təsirinin vacib olduğu qeyd edilmişdir.