2020-02-26

Görüşdə, Beynəlxalq beynəlxalq əlaqələr fakültəsinin tələbələri iştirak etmişlər. Tədbiri Baş konsulluğun başçısı v.i.e. Elmar Məmmədov açıq elan edərək, 26 fevral 1992-ci il tarixində, gecə saatlarında, Xocalı şəhərində ermənilər tərəfyətinə çatdırılmasını bildirmişdir.

Tədbirdə, “Dostluq” milli-mədəni cəmiyyətinin rəhbəri Şəmsəddin Hüseynov, cəmiyyətin üzvləri, Türkiyə Respublikasının Aktau şəhərindəki Baş konsulu Müzəffər Akyıldırım, Baş konsulluğun diplomatik heyyəti, İran İslam Respublikasının Aktau şəhərindəki Baş konsulu Habibolla Malakuti Far və Özbəkistan Respublikasının Aktau şəhərindəki konsulu Murodjan Şohratov, o cümlədən, dağıstanlıların “Dağıstan” etnik-mədəni cəmiyyətinin rəhbəri Y.A.Şaxşayev, çeçen-inquşların “Vaynax” etnik-mədəni cəmiyyətinin rəhbəri Ruslan Baxmatqereyev və ləzgilərin “Samur” etnik-mədəni cəmiyyətinin rəhbəri Həci Səlimov, iştirak etmişlər. Habelə, tədbirə Azərbaycanın iş adamları, tələbələr və yerli ziyalılar qoşulmuşlar.
İlk öncə, Xocalı soyqırımında vəhşicəsinə qətlə yetirilmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Xocalıya ədalət” sənədli filmi nümayiş edilmişdir.
Filmin nümayişindən sonra Baş konsulluğun başçısı v.i.e. Elmar Məmmədov çıxış edərək, ermənilərin Xocalı şəhərində törətdiyi soyqırım haqqında məlumat vermiş və ermənilər tərəfindən törədilmiş cinayətin dünya ictimaiyyətinə çatdırılmasından, son illərdə Azərbaycan dövləti və xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən aparılan işlərdən, Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya Ədalət” kompaniyasından danışmışdır.
Tədbirdə, “Dostluq” milli-mədəni cəmiyyətinin rəhbəri Ş.Hüseynov, Ş.Yesenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Universitetinin Hüquqşünaslıq kafedrasının Baş müəllimi Zakir Əkbərov və digər iştirakçılar çıxış etmişlər.
Rəsmi qonaqlardan isə, Türkiyə Respublikasının Aktau şəhərindəki Baş konsulu Müzəffər Akyıldırım çıxış edərək, eyni ermənilər tərəfindən Çanaqqalada və Türkiyənin digər regionlarında dinc türk əhalisinin qətlə yetirilməsindən, uydurulmuş soyqırımdan tədbir iştirakçılarına bildirmiş və hər zaman Azərbaycan xalqının yanında olduqlarını qeyd etmişdir. O, Azərbaycan və Türkiyə arasında olan münasibətlərdən də danışmışdır.
Çeçen-inquşların “Vaynax” etnik-mədəni cəmiyyətinin rəhbəri Ruslan Baxmatqereyev və ləzgilərin “Samur” etnik-mədəni cəmiyyətinin rəhbəri Həci Səlimov isə öz çıxışlarında, Xocalı şəhərində dinc əhaliyə qarşı ermənilər tərəfindən törədilmiş soyqırıma münasibətlərini bildirərək, bu hadisəni heç bir xalqa o cümlədən Azərbaycan xalqına təkrarlanmamasını arzu etmişlər.
 

Arxiv üzrə axtarış