2020-12-31

2020-ci ilin 31 dekabr tarixində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Qazaxıstan Respublikasındakı nümayəndəsi İlqar İsayeviç Qasımov Baş konsulluğun başçısı v.i.e. Elmar Məmmədovun

Elmar Məmmədovun mobil telefonuna zəng edərək, “AXDQ” məxsus “Həsən Əliyev adına bərədə Türkiyə Respublikasının vətəndaşı, 01.01.1971-ci il təvəllüdlü Cihan Karacanın səhhəti pis olduğu (kəskin appendesit) və ağrıdan əziyyət çəkdiyi barədə məlumat verərək, ona tibbi yardımın göstərilməsi və bununla bağlı Qazaxıstan Respublikasının aidiyyəti qurumlarına bildirilməsini xahiş etmişdir.

E.Məmmədov dərhal olaraq, Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti Departamentinin Mangistau vilayəti üzrə rəisi, polkovnik Alibek Amangəldiyeviç Kayupovla əlaqə saxlayaraq, adı çəkilən vətəndaşın həyatını xilas etmək məqsədilə, xidmət əməkdaşlarının (hərbi gəmi) oraya göndərilməsi və təcili tibbi yardımın göstərilməsi üçün müvafiq göstəriş verilməsini rica etmişdir.

Bununla bağlı,  Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinə məxsus “Sarbaz” sərhəd gəmisi “Həsən Əliyev” adına bərəyə yollanaraq, C.Karacanı xilas etmək məqsədilə mürəkkəb  əməliyyat keçirmişdir.

Xəstəni “Köndərli” adlanan yerdə Sərhəd Xidmətinin hərbiçiləri və təcili tibbi yardımın həkimləri gözləyirdilər. Ümumilikdə xilasetmə əməliyyatı 6 saat davam etmişdir.

 

Qeyd etmək istərdik ki, Mangistau vilayətinin Janaozen şəhər xəstəxanasında Türkiyə Respublikasının vətəndaşı Cihan Karacaya “mədə perforartiv xorası” diaqnozu qoyuldu və təcili əməliyyat edildi.

Sonda, Baş konsulluğun adından Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmət əməkdaşlarına, təcili tibbi yardımın və xəstəxananın həkimlərinə aparılmış operativ əməliyyata görə dərin təşəkkür bildirilmişdir.    

Arxiv üzrə axtarış